Mobil versiya
Belarusda 2016-cı ilin ilk edam hökmü
Tarix: 10-01-2016 | Saat: 22:13
Bölmə:Şou-biznes / Manşet / Karusel | çapa göndər


Kişi hələ SSRİ dönəmində güllələnməyə məhkum edilmişdi.

Belarusda 2016-cı ildə ilk ölüm hökmü cəzası verilib.

Oxu.Az yerli KİV-ə istinadən verir ki, ən yüsək cəzaya birgə yaşadığı qadını xüsusi amansızlıqla öldürən kişi məhkum edilib.

Vileyki sakini barəsində ölüm hökmünü Minsk vilayət məhkəməsi çıxarıb.

Kişi əvvəllər ölümlə nəticələnmiş ağır bədən xəsarətləri yetirmək cəzası ilə həbsdə olub. Qeyd olunur ki, o, hələ SSRİ dövründə qətl törətdiyi üçün güllələnməyə məhkum olunmuşdu, lakin qərardan şikayət verilmiş, kişi azadlığa çıxmışdı.

Hazırkı qərar hələ qüvvəyə minməyib və şikayət oluna bilər.

Belarus Avropada ölüm cəzasının verildiyi yeganə ölkədir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024