Goranboy – meliorativ tədbirlər yüksək səviyyədə həyata keçirilir
Tarix: 15-03-2019 | Saat: 10:59
Bölmə:Manşet / Ölkə | çapa göndər
Ölkədə kənd təsərrüfatının inkişafı baxımından meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi işi çox vacib məsələlərdəndir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan rayon iqtisadiyyatının inkişafı üçün Rauf Teyyubovun rəhbərlik etdiyi Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir.
Su ehtiyatlarının idarə olunması effektiv şəkildə həyata keçirilir
Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Ötən illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Bu sahənin inkişafı və təkmilləşdirilməsinə uyğun olaraq idarəetmə formaları da ildən-ilə dəyişmişdir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri cənab Əhməd Əhmədzadənin rəhbərliyi altında qurumun son 14 ildə göstərdiyi fəaliyyəti həqiqətən də iri miqyasları ilə diqqəti cəlb edir. Bu illər ərzində Azərbaycanda 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib.
Goranboyda kənd təsərrüfatının müxtəlif sahələrində yüksək göstəricilər təmin edilir
İlk növbədə qeyd etmək lazımdır ki, Goranboy rayonu ənənvi olaraq kənd təsərrüfatının pambıqçılıq, tütünçülük, baramaçılıq, heyvandarlıq və taxılçılıq kimi sahələrinin inkişaf etdiyi bölgələrimizdəndir. Məlumdur ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində bölgələrdə yeni-yeni istehsal sahələri istifadəyə verilir, iş yerləri açılır ki, bu da məhsul istehsalının artırılmasında, həm də əhalinin məşuğlluğunun təmin edilməsində mühüm rol oynayır. “Region Aqropark” da belə müəssisələrdən biridir. Goranboy və Samux rayonlarının inzibati ərazisində yerləşən “Boz dağ” massivində yaradılmış “Region Aqropark”da qısa müddət ərzində mühüm işlər görülmüşdür. İstehsal olunun məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub. Amerika və Türkiyədən alınan avadanlıqlarla təchiz olunmuş taxıl anbarı kompleksi tam avtomatlaşdırılmış qaydada fəaliyyət göstərir. Kompleks məhsulu qəbul edir, təmizləyir və qurudaraq saxlanılması üçün anbarlara ötürür. Aqroparkda işçilər, kənardan cəlb olunmuş mütəxəssis və qonaqlar üçün 72 yerlik iki mərtəbəli tam infrastruktura malik müasir yataqxana və iki mərtəbəli ofis binası tikilib.
Həyata keçirilən bu layihənin ikinci mərhələsi çərçivəsində ərazilərin hamarlanması məqsədilə mövcud iri yarğanlar torpaqla doldurularaq, ərazi kol-kosdan təmizlənəcək, əkinə hazırlıq işləri aparılacaq, 2700 hektar sahədə Amerika istehsalı olan 31 müasir pivot suvarma sistemi qurulacaq və meyvə bağlarının sahəsi 200 hektara çatdırılacaq.
Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti yüksək qiymətləndirilir
Aydındır ki, bu sahələr üzrə stabil yüksək göstəricilərə nail olmaq üçün vaxtında və effektiv şəkildə yerinə yetirilməsi tələb olunan əsas işlərdən biri də torpaqların suvarma suları ilə təmin olunmasıdır. Qeyd etmək lazımdır ki, rayonun suvarma suyuna olan tələbatının ödənilməsi üçün bu gün ciddi işlər görülür. 2017-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Əhməd Əhmədzadənin yaxından köməkliyi ilə Şəmkir maşın kanalından Dəliməmmədli şəhərinə və kanal altında yerləşən 8 kəndə suvarma suyu verildi. Bu il isə kanalın Nadirkənd kəndinədək 7 km-lik hissəsi istifadəyə veriləcəkdir ki, bu da suvarılan əkin sahələrini daha da genişləndirəcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ötən il 16 yaşayış məntəqəsində 19 ədəd subartezian quyusu qazılmışdır. Bu da suvarma suyuna olan tələbatının ödənilməsinə xeyli təkan verəcəkdir. Cari ildə isə daha 18 subartezian quyusu qazılacaqdır. Təbii ki, bu baxımdan Rauf Teyyubovun rəhbərlik etdiyi Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, idarənin əməkdaşları tərəfindən mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunması, əkinlərin vaxtında suvarılması təmin edilir. Redaksiyamıza təqdim olunan açıqlamalarda da vurğulanır ki, Rauf Teyyubovun rəhbərliyi altında Subartezian Quyularının İstismarı İdarəsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə idarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. İdarə rayonda böyük ərazilərdə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024