Mobil versiya
Məktəbəqədər uşaq müəssisələrinin fəaliyyəti keyfiyyətcə daha yüksək mərhələyə keçid edib
Tarix: 12-03-2019 | Saat: 14:58
Bölmə:Ölkə | çapa göndər

Məktəbəqədər uşaq müəssisələrinin fəaliyyəti keyfiyyətcə daha yüksək mərhələyə keçid edib



Bu keçid ilk növbədə dövlətin qayğısı və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin effektiv fəaliyyəti sayəsində təmin olunub

Aydındır ki, xalqın gələcəyi olan uşaqların təhsilə hazırlığı, onların cəmiyyətin layiqli üzvləri kimi formalaşmaları prosesi məhz uşaq bağçalarından başlayır. Bu səbəbdən də, Azərbaycanda məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması istiqamətində aparılan əsaslı islahatlar öz bəhrəsini verməkdədir.

Gələcəyimizin sağlam yetişdirilməsi işi dövlətin ciddi nəzarətindədir



Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Buna görə də ölkəmizdə uşaq və gənclər məsələsinə dövlət tərəfindən hər zaman yüksək həssaslıq nümayiş etdirilir, bu sahənin daima xüsusi diqqət və qayğı ilə əhatəsində saxlanılır. Təkcə son illər ərzində ölkədə mövcud olan üşaq bağçalarının, məktəblərin və digər bu kimi müəssisələrin təmirinə və yenidən qurulmasına, yenilərinin inşa edilməsinə ayrılan dövlət vəsaitlərinin məbləği artıq bu sahədə görülən işlərin böyük miqyasından xəbər verir. Eyni zamanda da bu müəssisələrin fəaliyyəti daim dövlətin nəzarətində saxlanlıır ki, bu da həmin fəaliyyətin bütünlüklə uşaqların rifah və mənafeylərinə xidmətə yönəldilməsini təmin edir.



Əgər bir neçə il bundan əvvələ qədər ölkəmizdə məktəbəqədər uşaq təhsil müəssisələrinin fəaliyyəti həqiqətən də bir çox ciddi nöqsanlarla diqqəti cəlb edirdisə, bu gün artıq həmin nöqsanların böyük əksəriyyəti birmənalı olaraq aradan qaldırılıb. Xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinin birbaşa tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin yaradılmasından sonra bu sahədə aşkar irəliləyişlər müşahidə olunmağa başladı.

Uşaq məktəbəqədər təhsil müəssisələrində sağlam mühit təmin edilib



Bu gün Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Eldar Yunusovun rəhbərliyi altında uğurla fəaliyyət göstərməkdədir. İdarənin əsas funksiyalarından biri tabeliyindəki Bakı şəhəri ərazisində mövcud olan dövlətə məxsus körpələr evlərində, uşaq bağçalarında, xüsusi uşaq bağçalarında, körpələr evi-uşaq bağçalarında, uşaq evlərində dövlət idarəçiliyini həyata keçirməkdir. Demək lazımdır ki, bu məqsədlə idarənin rəhbərliyi tərəfindən aparılan işin effektivliyi kifayət qədər yüksəkdir. Artıq öz övladlarını dövlətə məxsus uşaq bağçalarına və digər məktəbəqədər uşaq müəssisələrinə etibar edən valideynlər də bu müəssisələrin fəaliyyəti üzərində dövlətin ciddi nəzarəti olduğuna tam əmindirlər. Təsadüfi deyil ki, idarənin fəaliyyət göstərdiyi illər ərzində bu kimi müəssisələrdə uşaqlara göstərilən xidmətlərin də keyfiyyəti xeyli yüksəlib. Artıq uşaq bağçalarında ərzaq problemləri, peşəkar personal çatışmazlığı, məişət yönümlü nöqsanlar və digər bu kimi problemlər demək olar ki, unudulmaq üzrədir. Bütün bunlar isə, dövlətimizin bu sahəyə olan qayğısını vətəndaşlara olduğu kimi çatdırmaq yönümündə məqsədyönlü fəaliyyət göstərən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin səmərəli işinin nəticəsidir. Əlbəttə ki, sözügedən idarənin işindən danışarkən, bu quruma rəhbərlik edən Eldar Yunusovun da fəaliyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, məhz Eldar müəllimin tətbiq etdiyi qabaqcıl idarəçilik üsulları onun rəhbərlik etdiyi idarənin işinin effektiliyini təmin edən əsas amillərdən biri kimi çıxış edir. Əbəs yerə deyil ki, müxtəlif vaxtlarda qarşılaşdıqları problemlərin həlli üçün Eldar Yunusova müraciət edən valideynlər də idarə müdirinin istər insani, istərsə də peşəkar keyfiyyətlərini olduqca yüksək qiymətləndirirlər. Birmənalı olaraq demək olar ki, bu gün Bakı şəhərində uşaq məktəbəqədər təhsil müəssisələrində sağlam işgüzar mühit yaradılıb və bu müəssisələrin fəaliyyəti hərtərəfli diqqət və qayğı ilə əhatə edilib.



Lakin bütün bu uğur və nailiyyətlərə rəğmən, təssüflər olsun ki, son vaxtlar ölkənin bəzi mətbu orqanlarının səhifələrində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin fəaliyyətinə dair əsassız iddiaların yer aldığı, böhtan xarakterli materiallar dərc olunmaqdadır. Birmənalı olaraq demək lazımdır ki, belə böhtan kampaniyaları mahiyyət etibarı ilə ölkəmizdə məktəbəqədər təhsil sisteminin inkişafına qarşı yönəlmiş olurlar. Bu səbəbdən də, biz hər kəsi istər tənqid, istərsə də təbliğ məsələlərində son dərəcə obyektiv və dürüst olmağa çağırırıq.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024