BDU-nun yeni rektoru kimdir? - DOSYE
Tarix: 11-03-2019 | Saat: 16:52
Bölmə:Təhsil | çapa göndər
Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Elçin Səfəralı oğlu Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilsin.
Prezidentin digər sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Modern.az-ın məlumatına görə, Elçin Babayev 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında dünyaya gəlib.
AMEA “Azərbaycan Astronomiya Jurnalı”nın Baş redaktor müavini vəzifəsidə çalışıb. Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Astrofizika, radioastronomiya ixtisasına yiyələnib.
Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Həmçinin AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, "ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəridir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər