Mobil versiya
Özünüməşğulluq proqramı üzrə daha 66 təlimçi hazırlanıb
Tarix: 09-03-2019 | Saat: 15:40
Bölmə:Ölkə | çapa göndər

Özünüməşğulluq proqramı üzrə daha 66 təlimçi hazırlanıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, bu məqsədlə Sumqayıt, Gəncə, Yevlax, Göyçay, Beyləqan və Salyan rayonlarında növbəti təlim kursları keçirilib.

Təlimlərdə BƏT-in bir çox ölkələrdə müvəffəqiyyətlə sınaqdan keçmiş metodologiyasından istifadə edilib. Ümumilikdə təlimdə 66 nəfər iştirak edib.

Onlara Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə baş təlimçisi tərəfindən "Öz biznesinə başla” proqramı çərçivəsində aidiyyəti mövzularda bilik və bacarıqlar öyrədilib.

Növbəti mərhələdə təlimlərin Bakı şəhəri üzrə təşkil edilməsi planlaşdırılır.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024