Mobil versiya
Ağstafada Novruz yarmarkasına start verildi - FOTOLAR
Tarix: 09-03-2019 | Saat: 11:29
Bölmə:Ölkə | çapa göndər

Ağstafada Novruz yarmarkasına start verildi - FOTOLAR




Martın 9-da Ağstafa rayonunda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları keçirilmişdir.

aia.az xəbər verir ki, Ağstafa rayon İcra hakimiyyətinin və “Ağstafa Aqroparkı”nın birgə təçkilatçılığı ilə təşkil edilən yarmarka bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsi və süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq məqsədi daşıyır. 9, 10, 16-21 mart tarixlərində hər gün saat 09:00 dan - 15:00 dək əhalinin xidmətində olacaq yarmarkada məhsullar topdan satış qiymətindən 20 % , bazar qiymətlərindən isə 30 - 40 % ucuz qiymətə təklif olunacaq. Xatırladaq ki, əhalinin kənd təsərrüfatı məhsullarına artan tələbatı nəzərə alınaraq yarmarkalar bayram günlərində də fəaliyyət göstərəcəkdir.

Yarmarkada əhaliyə geniş çeşiddə meyvə, tərəvəz, ət məhsulları, yumurta, çərəz təklif olunurdu.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024