Mobil versiya
Kreditlərlə bağlı kompensasiyanın məbləği bu tarixdə müəyyənləşəcək
Tarix: 06-03-2019 | Saat: 12:16
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Kreditlərlə bağlı kompensasiyanın məbləği bu tarixdə müəyyənləşəcək


"Azərbaycan Prezidenti İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısı və onlara ödəniləcək kompensasiyanın məbləği aprelin 15-dək müəyyənləşdiriləcək”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

İcraçı direktor qeyd edib ki, Mərkəzləşdirilmiş Kredit Reyestrində Azərbaycanda kredit götürmüş bütün şəxslərin siyahısı və kredit tarixçələri var: "Bütün məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında yerləşdiriləcək. Vətəndaşlar saytın müvafiq bölməsində şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə, onlara düşən kompensasiyanın məbləğini öyrənə biləcək. Düşünürəm ki, qısa müddətdə bu məsələ öz həllini tapacaq”. (ONA)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024