Mobil versiya
Parlament Elmira Süleymanovanın hesabatını qəbul etdi - Yenilənib
Tarix: 05-03-2019 | Saat: 14:27
Bölmə:Manşet / Ölkə | çapa göndər

Parlament Elmira Süleymanovanın hesabatını qəbul etdi - Yenilənib


Milli Məclisin növbəti plenar iclası keçirilir.

aia.az xəbər verir ki, iclasda ilk olaraq Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinlənilib. Məruzəni ombudsman Elmira Süleymanova təqdim edib.

İllik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Müzakirələrdən sonra Ombudsmanın hesabatı səsə qoyularaq təsdiqlənib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024