Meliorasiya sistemlərinin işində problem olmayacaq
Tarix: 04-03-2019 | Saat: 13:11
Bölmə:Ölkə | çapa göndər
Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları bütün hazırlıq işlərini vaxtında həyata keçiriblər
Məlum olduğu kimi, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələrdir. Bu səbəbdən də respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Uzun illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmişdir. Bu illər ərzində suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə meliorasiya və irriqasiya sahəsində böyük uğurlar əldə olunub. Xüsusilə 2003-cü ildən geniş vüsət alan yenidənqurma tədbirləri nəticəsində bu gün ölkəmizdə meliorasiya və irriqasiya sahəsi müasir tələblərə cavab verən səviyyəyə çatıb.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən su ehtiyatlarının idarə olunması effektiv şəkildə həyata keçirilir
Bu gün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq kimi funksiyaları uğurla həyata keçirməkdədir. Ötən illərdə olduğu kimi 2018-ci ildə də ASC tərəfindən bir sıra uğurlu layihələr işlənib həyata keçirilib. Belə ki, ötən il Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 km-lik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890,0 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib. Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,0 mln.kbm həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib. Çay məcralarında 17,2 mln.kbm həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kbm şax-daş və faşın, 2,9 min kbm qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kbm həcmində təmir işləri yerinə yetirilib. Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb. 2018-ci il ərzində bütün mənbələrdən olan vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb.
Təbii ki, üzərinə düşən vəzifələri səmərəli şəkildə icra edə bilmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatını və bununla bağlı çoxşaxəli servis xidmətlərini həyata keçirirlər. O cümlədən, ASC-nin tərkibində fəaliyyəti yüksək səmərəliliyi iləseçilən qurumlardan biri də Mingəçevir şəhərində yerləşən Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsidir.
Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin fəaliyyəti yüksək qiymətləndirilir
Vurğulamaq istərdik ki, Məmmədəli Yusibovun rəhbərlik etdiyi Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin göstərdiyi xidmətlərdən müəssisənin əhatə dairəsində fəaliyyət göstərən bütün fermerlər, otlaq sahələrindən mütəmadi istifadə edən heyvandarlar, şəxsi təsərrüfat rəhbərləri və ümumiyyətlə su istifadəçiləri razılıq edirlər. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin hər zaman saz vəziyyətdə saxlanması daim diqqət mərkəzindədir. Çünki idarənin özünün də fəaliyyət səmərəliliyini yalnız bu yolla təmin etmək olar. Həmçinin idarənin işi ilə bağlı təqdim olunan açıqlamalarda bildirilir ki, torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, yüksəktəzyiqli boru kəmərlərinin, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir, suvarma sistemlərinin lildən təmizlənmə işləri vaxtlı-vaxtında görülür.
Təbii ki, bütün bunlar Məmmədəli Yusibovun rəhbərlik etdiyi Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin səmərəli fəaliyyətindən xəbər verir və bu səmərəliliyin gələcəkdə daha da artacağına dair heç bir şübhə yeri qoymur. Eyni zamanda da, Məmmədəli Yusibovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı bu əminliyin daha da möhkəmlənməsinə zəmin yaradır.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu