Bakıda qızılın qramı 60 manata qalxdı
Tarix: 08-01-2016 | Saat: 13:33
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Hərə istədiyi qızılı ala bilməyəcək, evlənənlərin vay halına…!"
"Dünya bazarında neftin ucuzlaşması qızılın ucuzlaşmasına səbəb oldu. Amma eyni zamanda ölkəmizdə dollar azaldı, manat dəyərini aşağı saldı. Odur ki, Azərbaycanın qızıl bazarlarında qiymətlər stabil deyil. Çünki qızılı xaricdən dollarla alıb, ölkədə manatla satırıq. Bu da nisbətən bahalaşmaya səbəb olur". Bunu əməkdaşımıza Mərkəzi Univermaqda (MUM) qızıl alveri ilə məşğul olan Anar Əliyev bildirib.
Onun sözlərinə görə, nişan-toy mövsümü olsa da, qızıl bazarında aktivlik müşahidə olunmur: "Açığı dünya bazarında qızılın qiyməti dəyişkən olaraq qalır. Gah aşağı düşür, gah da qalxır. Deyirlər ki, bahalı metal və daşlardan hazırlanan boyunbağı, sırğa və qolbağılar heç bir zaman qiymətdən düşmürlər. Bəli, Azərbaycanda istənilən halda qiymətlər ucuzlaşmağa doğru getmir. Çünki ölkəmizdə dolların qiyməti qalxıb, manat ucuzlaşıb. Həmçinin, daşınma xərcləri, vergi və rüsumları da nəzərə almaq lazımdır. Onu da deyim ki, Mərkəzi Bankın üzən məzənnəyə keçməklə bağlı verdiyi qərardan sonra bizdə çaş-baş qalmışıq. Tez-tez banklarla əlaqə saxlayırıq, internet vasitəsi ilə dünya bazarında qızılın qiymətini izləyirik. Müştərisi olduğumuz firmalarla əlaqəmiz var. Ümumiyyətlə, həm xaricdə, həm də ölkəmizdə iqtisadiyyat sahəsində stabillik müşahidə olunmur".
Mərkəzi Univermağn iki mərtəbəsində düzülən piştaxtalarda istənilən obrazı tamamlamaq üçün təmtəraqlı və cazibədar qızıl-zinət əşyaları və aksessuarlar var.
Satıcı Gülnar bildirdi ki, son zamanlara qədər hədiyyə üçün qızıl- zinət əşyaları kifayət qədər populyarlaşıb. Amma qiymət artımı olandan sonra vəziyyət dəyişdi: "Hazırda qızılın bir qramı 58-60 manat arasında dəyişir. İndi sadə qızıl komplektinin qiyməti 1050 manatdan başlayır. Manat dollara nisbətən ucuzlaşmamışdan öncə bu qiymətə sadə brilliant komplekt almaq olurdu. Bax, bu müqayisə ilə qızıl bazarında olan qiymət artımının fərqinə asanlıqla varmaq olur. İndi hər istəyən qızıl ala bilməyəcək. Evlənənlərin vay halına!"
Söhbət etdiyimiz satıcılar bildirdilər ki, hazırda piştaxtalarda olan 583 əyarlı Rusiya qızılı, Türkiyə istehsalı 585 əyarı olan qızılı və Dubaydan gətirilmiş 750 əyarlı qızıl var. Onlar qarşıdakı günlərdə qızılın qiymətinin artacağını vurğuladılar.
Onu da müşahidə etdik ki, bəziləri bazara qızıl almaq üçün yox, qaytarmaq üçün gəliblər. Bəziləri isə problemlərini həll etmək üçün qızıllarını satmaq məcburiyyətindən oradaydılar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024