Mobil versiya
Beynəlxalq Bankdan xidmət haqqının bahalaşması ilə bağlı rəsmi açıqlama
Tarix: 08-01-2016 | Saat: 13:10
Bölmə:Gündəm / İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər

Beynəlxalq Bankdan xidmət haqqının bahalaşması ilə bağlı rəsmi açıqlama


Azərbaycan Beynəlxalq Bankı kartlardan əməliyyatlara görə tutulan xərcin artması ilə bağlı məsələyə aydınlıq gətirib.

Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli açıqlamasında bildirib ki, bu dəyişikliklərin pensiya, müavinət və digər sosial kartlara heç bir aidiyyəti yoxdur. Bu kartlardan istifadə şərtləri əvvəlki kimi yenə dəyişməz qalır:

"Bu dəyişikliklər çalışdıqları müəssisə ilə Azərbaycan Beynəlxalq Bankı arasındakı müqaviləyə əsasən, əmək haqlarını bu bankın kartları vasitəsilə alan işçilərə əməkhaqqı ödənişlərinə də hər hansısa şəkildə təsir göstərmir. İşçilər öz məvaciblərini ölkə daxilində Azərbaycan Beynəlxalq Bankının bankomatlardan çıxaran zaman yenə heç bir komisyon haqq ödəmirlər".

ABB rəsmisi əlavə edib ki, ödəniş kartları üzrə xidmət tariflərinin dəyişməsi səbəbinə gəlincə isə, onun sözlərinə görə, bu xidmətlərin tarifləri Bankın beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlığı çərçivəsində müəyyənləşir: "Bank beynəlxalq ödəniş sistemlərinə komisyon haqlarını xarici valyuta ilə ödəyir. Bundan başqa, ödəniş kartlarının ölkəyə gətirilməsi, kartlara xidmət üzrə lazımi texniki infrastrukturun yaradılması, məsələn, bankomatların, POS-terminalların alınması, onların daim işlək vəziyyətdə saxlanması xərcləri xarici valyuta əsasında hesablanır. Beləliklə, bu xidmətlərin maya dəyərinin əhəmiyyətli hissəsi xarici valyuta hesabına başa gəldiyindən manatın xarici valyutalar qarşısındakı məzənnə dəyişiklikləri xidmət tariflərində də nəzərə alınmalıdır".

Y.Cəfərlinin sözlərinə görə, vəsaitlərin nağdlaşdırılması zamanı komisyon haqq ödəməli olan digər müştərilərin bu xərci aradan qaldırmaları üçün ən uyğun yol isə onların imkan daxilində nağdsız ödənişlərdən istifadə etmələridir. Bu zaman onlardan heç bir komisyon haqq tutulmur.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının kartla əməliyyatlarında hər 100 manata görə 1,60 AZN dəyərində komisyon haqq tutduğu ilə bağlı məlumatlar yayılmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə