Mobil versiya
Borclunun əvəzinə kredit ödəyən zaminlərə şad xəbər: “Məsələyə fərdi baxılacaq”
Tarix: 02-03-2019 | Saat: 10:17
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Borclunun əvəzinə kredit ödəyən zaminlərə şad xəbər: “Məsələyə fərdi baxılacaq”


"Maliyyə Nazirliyinin internet səhifəsində vətəndaşları narahat edən sualların cavablandırılması üçün xüsusi bölmə hazırlanır. Çalışacağıq ki, bu bölmə gələn həftənin əvvəlində hazır olsun. Buradavətəndaşların tez-tez soruşduğu suallar cavablandıracaq, eləcə də vətəndaşlara suallarını onlayn rejimdə vermək və cavab almaq imkanı yaradacağıq. Güman edirəm ki, problemli kreditlərlə bağlılığı olan digər qurumlar - Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası da vətəndaşlara belə bir imkan yaradacaq”. Bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzalanmış fərmandan zaminlər də yararlana bilər: "Ola bilsin ki, hansısa borcalan müəyyən səbəblərə görə kredit öhdəliyini yerinə yetirmək iqtidarında olmayıb. Bu zaman pul ona zamin durmuş şəxsdən tutulub. Yəni zaminin orda əmanəti və yaxud maaş kartı olub, borc avtomatik ondan çıxılıb. Fərmanda yazılıb ki, kompensasiya borcalana ödənilir. Lakin pulu banka onun əvəzinə zamin ödəyibsə, bu zaman borcalana qarşı tələb yaranır. Hesab edirəm ki, borclanlarla zaminlərin münasibətlərinə yenidən baxmaq ehtiyacı yaranır və fərdi qaydada zaminlər məsələsinə baxıla bilər, bu məsələ ilə məşğul ola bilərik".

Samir Şərifov vurğulayıb ki, Azərbaycanda bu ilin əvvəlindən əhalinin sosial müdafiəsi məqsədi ilə görülən tədbirlərin - minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılmasının maliyyə tutumu 882 milyon manatdır: "Bu vəsait dövlət büdcəsində formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək və bu səbəbdən büdcəyə yenidən baxmağa ehtiyac yoxdur. Bəzən deyirlər ki, kimlərsə hökuməti artımlara getməyə vadar edib. Boş söhbətlərdir. Bu işlər əvvəlcədən planlaşdırılmışdı. Söhbət sadəcə həmin vəsaitdən nə zaman istifadə edilməsindən gedə bilər. Dövlət başçısının qərarına uyğun olaraq istənilən vaxt həmin vəsait hesabına maliyyələşdirməyə başlaya bilərik və martın 1-dən bu oldu”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024