Ağstafa rayonunda “1 mart Ümumdünya Mülki Müdafiə Gününü” qeyd edildi- FOTOLAR
Tarix: 01-03-2019 | Saat: 19:19
Bölmə:Ölkə | çapa göndər
1 mart 2019-cu il tarixdə Ağstafa rayon Mərkəzi xəstəxanasında və Ağstafa şəhər 2 saylı tam orta məktəbində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Şahhüseyn Qurbanov öz çıxışında maarifləndirmə məqsədi ilə keçirilən belə tədbirləri yüksək qiymətləndirdi. Bildirildi ki, “1 Mart Ümumdünya Mülki Müdafiə Gününün” qeyd edilməsi ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 2019-cu il tarixli 16 saylı əmri ilə “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” movzusunda Tədbirlər planı hazırlanmış və icra olunması üçün bütün idarə, təşkilatlara, səhiyyə, mədəniyyət və təhsil müəssisələrinə göndərilmişdir. Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Vurğulandı ki, Ağstafa rayonu Ermənistanla həmsərhəd olduğu üçün ehtimal olunan düşmən həmləsi və rayonun ərazisindən keçən çaylar, neft, qaz kəmərləri və mövcud süni dəryaçalar əhalinin gözlənilməz bütün hadisələrdən müdafiə olunması üçün Mülki Müdafiə birliklərinə yiyələnməsinə xüsusi diqqət yetirilmişdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu