Mobil versiya
Dollar kreditinə ediləcək güzəşti necə hesablamalı? - QRAFİKA
Tarix: 01-03-2019 | Saat: 12:56
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Dollar kreditinə ediləcək güzəşti necə hesablamalı? - QRAFİKA

Xəbər verdiyimiz kimi, prezidentİlham Əliyev"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmanla 800 min insanın problemli kreditinə güzəşt olunub.

Dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb.

Adalet.az kredit borcuna ediləcək güzəşti daha asan hesablamaq üçün tərtib olunan qrafik məlumatları təqdim edir:

Kredit müqaviləsi 2015-ci il fevralın 21-nə kimixarici valyutada bağlanıbsa, 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) qiymətləndirmə olacaq.

Yəni 1 dollar borcunuz varsa, onun 0,15 dollarına dövlət dəstək verəcək.



Kredit müqaviləniz 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanıbsa1 ABŞ dollarlıq borcunuzun 0,6 manatına (0,35 ABŞ dolları) dövlət dəstəyi olacaq.



2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024