Təhsildə inkişafın əsasında dövlət qayğısı durur
Tarix: 28-02-2019 | Saat: 15:28
Bölmə:Manşet / Təhsil | çapa göndər
Salyan Rayon Təhsil Şöbəsinin fəaliyyəti dövlətin Təhsil strategiyasının effektiv icrasına düzgün yönləndirilib
Bu gün Azərbaycan təhsilinin inkişaf etdirilərək yüksək standartlara uyğun beynəlxalq səviyyəyə çıxarılması dövlətimizin prioritet olaraq müəyyənləşdirdiyi istiqamətlərdən biridir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında xüsusi olaraq vurğulamışdır ki, hər bir inkişaf etmiş dövlətin qurulması üçün tələb olunan zəruri amillərdən biri də həmin ölkədə təhsil səviyyəsinin yüksək olmasıdır. Məhz bu məqsədlərə nail olmaq üçün də dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf etmiş və digər sahələrlə yanaşı təhsil sahəsinin də inkişafı üçün möhkəm təməl yaradılmışdır. Əminliklə demək olar ki, bu gün ölkədə təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. O cümlədən, təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Salyan rayonudur.
Hazırda Salyan rayonu ərazisində 53 ümumtəhsil məktəbi, 1 İnteqrasiya təlimli internat tipli gimnaziya, 16 dövlət, 1 özəl məktəbəqədər, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin 36-si tam orta, 15-i ümumi orta, 2-si isə ibtidai təhsil verir. 53 ümumtəhsil məktəbində 20200, İnteqrasiya təlimli internat tipli gimnaziyada isə 460 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 1830 müəllim məşğul olur. Rayonda fəaliyyət göstərən 17 məktəbəqədər müəssisədən 5-i kəndlərdə, 12-si isə şəhər ərazisində yerləşir. Məktəbəqədər müəssisələrə 835 uşaq cəlb edilmişdir. Uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərini və istedadlarını inkişaf etdirmək məqsədilə Uşaq Gənclər İnkişaf Mərkəzi və Uşaq Gənclər İdman Şahmat məktəbi fəaliyyət göstərir.
Dövlət qayğısı uğur və nailiyyətlərin təməlidir
Son illər digər bölgələrdə olduğu kimi, Salyan raonunda da yeni məktəb binalarının tikilməsinə və təhsil müəssisələrinin texniki bazasının gücləndirilməsinə diqqət daha böyüyüb. Həm də məhz bu baxımdan dövlət siyasəti Salyanda böyük uğurla həyata keçirilir. Belə ki, son 6 ildə rayon ərazisində yararsız vəziyyətdə olan məktəblərin yerində yeniləri tikilərək şagirdlərin istifadəsinə verilmişdir. O cümlədən, Şorsulu kənd inzibati ərazi dairəsinə daxil olan Boranıkənd kəndində 200 yerlik ümumi orta, Peyk kəndində 320 yerlik tam orta, Qarabağlı kəndində 480 yerlik (Qarabağlı 1 saylı kənd) tam orta, Yolüstü kəndində 360 yerlik tam orta, Quyçu kəndində 80 yerlik ümumi orta, Salyan şəhəri “Plastmas” yaşayış massivində yeni 680 yerlik 9 saylı tam orta, Salyan şəhər 2 saylı tam orta məktəbi üçün 1200 yerlik yeni bina, Bəşirbəyli kəndində Pambıqkənd kənd tam orta məktəbi üçün 6 sinif otağından ibarət 120 yerlik yeni korpus inşa edilmişdir. Bundan başqa, həmin illər ərzində Xurşud kənd ümumi orta məktəbində istilik sistemi quraşdırılaraq istifadəyə verilmiş, Kürsəngi kənd tam orta məktəbində əsaslı təmir işləri aparılmışdır. Həmçinin Sarvan kənd tam orta məktəbində, Dayıkənd kənd, Qaraçala qəsəbə və şəhər 8 saylı tam orta məktəblərin binaları əsaslı təmir olunmuşdur. Qeyd edək ki, yeni tikilən məktəblərin hamısı dövlət vəsaiti hesabına inşa olunmuş, əsaslı təmir işləri dövlət vəsaiti xəttilə aparılmışdır.
Ötən ilin nəticələri yüksəkdir
Aydındır ki, istənilən rayonun təhsil sistemi üçün əsas göstəricilərdən biri də həmin rayonun məktəblərini bitirmiş məzunların ali məktəblərə daxil olma faizləri ilə bağlıdır. Sevindirici haldır ki, məhz bu göstəricilər Salyanın orta məktəbləri üçün son illər yüksələn xətt üzrə irəliləyir. Qeyd edək ki, 11 sentyabr 2018-ci il tarixdə keçirilmiş Salyan rayon Təhsil işçilərinin ənənəvi Sentyabr konfransında təqdim olunan hesabat xarakterli məlumatlarda da bu fakt öz təsdiqini tapıb. Belə ki, 2017-2018-ci tədris ilinin nəticələrinə əsasən, Salyan rayonu üzrə orta təhsil müəssisələrindən 1056 nəfər şagird məzun olmuşdur. Onlardan 821 nəfər ali məktəblərə qəbul olmaq üçün sənədlərini vermişdir. Qəbul imtahanlarının nəticəsinə görə, Salyan rayonundan 428 nəfər ölkənin ali məktəblərinə qəbul olunmuşdur ki, onlardan da 63 nəfəri 500 və 27 nəfəri 600 baldan yüksək nəticə əldə etmişdir. Bundan başqa rayon üzrə 31 məzun orta ixtisas, 23 nəfər isə xüsusi təyinatli təhsil müəssisəsinə qəbul olmuşdur. Maraqlıdır ki, hər tədris ilinin sonunda respublikanın ali və orta ixtisas məktəblərinə tələbə qəbulu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yekun statistikasında da Salyan rayonu həm ümumi nəticələr üzrə, həm də ayrı-ayrı fənlər üzrə nəticələrə görə respublikada öncül yerlərdə olur. Təsadüfi deyil ki, rayonun ümumtəhsil məktəb müəllimlərindən 9 nəfər “Əməkdar müəllim” fəxri adı almış, 9 nəfər “Tərəqqi medalı”na, 1 nəfər isə “Prezident təqaüdü ”nə layiq görülmüşdür.
Salyan RTŞ-nin fəaliyyəti doğru istiqamətə yönəldilib
Təbii ki, bütün bu uğurlardan bəhs edərkən, Salyan Rayon Təhsil Şöbəsinin effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün istiqamətə yönəldə bilib.
Qısa arayış:
Xudaverdi Əliyusif oğlu Piriyev 1956-cı ildə Salyan şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Pedaqoji Universitetinin fizika fakultəsini bitirmişdir. 1977-ci ildə Azərbaycan SSR MN-nin 756 №-li vəsiqəsilə sərəncama göndərilmiş, şəhər 4 №-li orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. 1987-ci ildə Salyan Rayon Təhsil Şöbəsinə məktəb inspektoru vəzifəsinə irəli çəkilmişdir. 2008-ci ildə Salyan Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçi, 29.07.2008-ci il tarixindən isə Salyan Rayon Təhsil Şöbəsinə müdir müavini vəzifələrinə irəli çəkilmişdir.
Salyan RİH Başçısının 30.07.2015-ci tarixli 116-ə saylı sərəncamı ilə Salyan Rayon Təhsil Şöbəsinin müdir əvəzi vəifəsinə təyin edilmişdir. 05.05.2016-cı il tarixində Salyan RİH başçısının 45 saylı 05.05.2016-cı il tarixli əmrinə əsasən 2-ci dərəcə dövlət qulluqçusu Xudaverdi Əliyusif oğlu Piriyev Salyan rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Qeyd edək ki, Xudaverdi müəllimin Salyan RTŞ-nin müdiri vəzifəsinə təyin olunmasından ötən üç il ərzində bu qurumun işində önəmli irəliləyişlərə nail olunub. Mütəmadi olaraq keçirilən toplantı və müşavirələrdə isə, rayonun təhsil müəssisələrinin ümumi fəaliyyət konsepsiyası və konkret dövrü proqramlar işlənib hazırlanır. Heç şübhəsiz, cari tədris ilində də Xudaverdi Piriyevin rəhbərliyi altında Salyan RTŞ-nin fəaliyyətində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yenilikçi ideyaların tətbiqinə geniş yer veriləcək
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024