Ağstafanın Tatlı kəndində səyyar qəbul keçirildi - FOTOLAR
Tarix: 28-02-2019 | Saat: 13:48
Bölmə:Ölkə | çapa göndər
Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafanın Tatlı kəndində növbəti səyyar görüş keçirib.
Görüşdə İcra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanları, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
AİA.AZ xəbər verir ki, tədbirdə İcra başçısı Məhərrəm Quliyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, hərbi qüdrətindən, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə Ağstafa şəhərində görülən işlərdən geniş bəhs etdi. İcra başçısı Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. Həmçinin Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı. O cümlədən Tatlı kəndində də qaz, işıq, içməli və suvarma suyu, yol məsələləri, təhsil, səhiyyə ocaqları kimi mühüm əhəmiyyətli sosial obyektlər daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri addımlar atıldığını qeyd etdi. Səyyar qəbulda iştirak edən sakinlər İcra başçısına müraciətlərində kəndin mərkəzində bir ədəd subartezian quyusunun kəndin girişində qazılmasını, suvarma arxlarının betonlaşdırılmasını, Yaradullu kənd ümumi orta məktəb binasının yenisi ilə əvəz olunması məsələlərini irəli sürüblər. Sakinlərin təklif və müraciətlərini qəbul edən rayon İcra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu