Mobil versiya
Bank rəhbərlərinin təcili yığıncağı - Problemli kreditlərlə bağlı qərar qəbul edildi
Tarix: 28-02-2019 | Saat: 11:49
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Bank rəhbərlərinin təcili yığıncağı - Problemli kreditlərlə bağlı qərar qəbul edildi


Dünən Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib.

aia.az Modern-ə istinadən xəbər verir ki, bu yığıncaqda bütün kommersiya banklarının rəhbərləri iştirak edib.

Etibarlı mənbədən alınan məlumata görə, iclasda problemli kreditlərlə bağlı güzəştlər paketi müzakirə olunub. Müzakirələr zamanı güzəştlər paketinə dair müəyyən qərarlar qəbul edilib.

Qəbul edilmiş qərarlar isə Maliyyə Nazirliyinə və müvafiq qurumlara göndərilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iki gün öncə keçirdiyi müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.

Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.

Yaxın vaxtlarda bu məsələyə dair sərəncam veriləcəyi gözlənilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024