Mobil versiya
Azərbaycanda mənzillər bahalaşacaq - EKSPERT AÇIQLADI
Tarix: 27-02-2019 | Saat: 15:48
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda mənzillər bahalaşacaq - EKSPERT AÇIQLADI


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” adlı xidmətlə bundan sonra evlərin təqribi bazar qiyməti barədə məlumat əldə etmək mümkün olacaq.

Bəs bu xidmət insanlara necə kömək edəcək? Həqiqətən mənzillərin dəqiq qiyməti hesablana biləcəkmi?

Məsələ ilə bağlı Ekspert Nüsrət İbrahimov BakuPost-a açıqlama verib.

Ekspert deyib ki, komitənin istifadəyə verdiyi layihədə mənzilin ünvanını yazıb, digər texniki məlumatları əlavə etməklə, həmin mənzilin təxmini qiyməti göstərilir: "Bu sistem mənzillərin dəqiq qiymətini vermir. Təxmini qiymət verir ki, sizin mənzilin qiyməti haqqında müəyyən bir anlayışınız olsun”.

N.Hüseynovun sözlərinə görə, belə halda hesablanan qiymət alıcı ilə satıcı arasında fikir ayrılığına səbəb ola bilər: "Lakin bu zaman onu unutmamaq lazımdır ki, mövcud rəqəmlər tam reallığa uyğun deyil. Yəni yeni xidmətin hesabladığı nəticə yuvarlaq rəqəmdir”.

Ekspert təklif edir ki, dəqiq qiyməti alıcı və yaxud satıcı özü araşdırmalıdır, bazarda məlumat toplamalıdır: "Bu məlumatlar əsasında satıcı və ya alıcı özü üçün bir qiymət müəyyənləşdirməlidir. Yaxud da mütəxəssilərdən soruşmalıdır ki, maraqlandığı mənzilin qiyməti nə ola bilər”.

N.Hüseynov onu da qeyd edib ki, Azərbaycanda mənzil bazarında ortalama qiymətlərdə artım müşahidə edilir. Onun sözlərinə görə, ötən ilin bu dövrü ilə müqayisədə ölkədə mənzillərin qiyməti təxminən 6 faiz bahalaşacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024