Mobil versiya
Azərbaycanda kasıb tələbələrə “nəqliyyat güzəşti” təklifi - Hökumət nə addım atacaq?
Tarix: 26-02-2019 | Saat: 16:15
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda kasıb tələbələrə “nəqliyyat güzəşti” təklifi - Hökumət nə addım atacaq?




Ombudsman Elmira Süleymanova kasıb şagird və tələbələrin nəqliyyat vasitələrindən güzəştli istifadə etməsini təklif edib. Bəs bunu reallaşdırmaq nə dərəcədə mümkündür və hökümət bu addımı ata bilərmi?

BakuPost məsələ ilə bağlı tanınmış təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

Ekspert təəssüflə qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində təhsil alan 160 mindən çox tələbəyə heç bir güzəşt tətbiq edilmir. Halbuki dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir: "Hətta qardaş Türkiyədə tələbələrə verilən yaşıl kart vasitəsilə onlar nəqliyyat vasitələrindən bir neçə dəfə daha ucuz qiymətə istifadə imkanı əldə edirlər. Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir.”

Ekspert xatırladıb ki, bir neçə il əvvəl tələbə kartı adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı: "Bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Bu, şəbəkə biznesi adlanan sistemdir”.


K.Əsədovun sözlərinə görə, tələbə güzəşti dedikdə orta məktəbi bitirmiş, ondan sonrakı pillədə təhsil alan bütün şəxslərə şamil olunmalıdır: "Sözsüz ki, belə tədbirlər olsa, çox müsbət addım olar. Tələbələr maddi baxımdan elə də təminatlı deyillər. Bu gün Azərbaycanda 54 ali təhsil müəssisəsində 165 min tələbə təhsil alır. Onların 130 mini isə ödənişli oxuyur. 70 faizdən çox tələbənin illik xərcləri kifayət qədər çoxdur. Ona görə, hesab edirəm ki, tələbələri bütünlüklə, Naxçıvan, Qazaxa, Lənkəran və paytaxta qədər bütün ali təhsil müəssisələrini əhatə edəcək layihə işlənməlidir. Bu tələbə kartları yalnız Bakını əhatə edəcəksə, məhdud marşrut xətlərinə, mağazalara aid olacaqsa, heç başlamasınlar”.

Ekspert həmçinin deyib ki, tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi eyni zamanda xaricdən ölkəmizə tələbə axınına da təsir göstərə bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024