Azərbaycanda pensiya alanların sayı açıqlandı
Tarix: 08-01-2016 | Saat: 10:53
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlanıb.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Aia.az-a verilən məlumata görə, 1 yanvar 2016- cı il tarixə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir. Ölkə üzrə əmək pensiyaçılarının sayı 2015-ci ilin əvvəlinə 1 milyon 290 min 900 nəfər olub və yanvar-dekabr aylarında 5,0 min nəfər və ya 0,4 faiz artaraq, 1 yanvar 2016-cı il tarixinə 1milyon 295 min 900 nəfər təşkil edib.
2016-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 176,03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,08 manat təşkil edib.
Əmək pensiyası-"Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının üç növü vardır- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024