Mobil versiya
Problemli kreditlər hansı yollarla qaytarılacaq? - EKSPERT TƏKLİFLƏRİ AÇIQLADI
Tarix: 25-02-2019 | Saat: 18:16
Bölmə:İqtisadiyyat | çapa göndər

Problemli kreditlər hansı yollarla qaytarılacaq? - EKSPERT TƏKLİFLƏRİ AÇIQLADI




"Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 585 milyon manatdır. Bu da ümumi kredit portfelinin 12 faizindən çoxunu təşkil edir. Problemli kreditlərin həlli istiqamətində təbii ki, xüsusi bir mexanizm hazırlanması və tətbiq edilməsinə ehtiyac var idi. Bir müddət əvvəl bizim mərkəzin keçirdiyi sorğuda da vətəndaşları narahat edən məsələlərdən birinin problemli kreditlər olduğu bildirilmişdi”.

Bu sözləri BakuPost-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, tanınmış iqtisadçı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, ölkə prezidenti İlham Əiyevin bu məsələylə bağlı verdiyi xüsusi tapşırıq yaxın vaxtlarda mövcud problemin həll edilməsinəı təka verəcək: "Problemli kreditlərin həlli istiqamətidə biz 2015-ci ildə hökümətə təkliflər paketi təklif etmişdik. Həmin paketdə 3 tərəfli güzəşt mexanizminin tətbiq edilməsi və xususən də devalivasiyanın əsasında yaranan fərqin tərəflər arasında bölüşdürülməsi təklif olunurdu”.

İqtisadçı ekspert bu problemi hansı istiqamətlərdə həll etməyin mümkünlüyü barədə danışıb. O, hökümətə verdikləri təklifləri də açıqlayıb: "Bizim təkliflərə əsasən, 1 dolların 1 manat 6 qəpik kursu ilə hesablanması və alınması, eyni zamanda faizlərdə güzəştin tətbiq edilməsi nəzərdə tutulur. Eyni zamanda ABŞ-da 2008-ci ildə tətbiq edilmiş xüsusi proqrama oxşar proqramın Azərbaycanda da hazırlanmasını təklif etmişik. Rusiyada olduğu kimi, ödəmə müddətinin uzadılması və xüsusi güzəşt mexanizminin tətbiq edilməsinin də tərəfdarıyıq”.

Qeyd edək ki, prezident İlham Əliyev bugünkü açıqlamasında bildirib ki, hazırda hökümət problem kreditlərin həll edilməsi istiqamətində mexanizm üzərində işləyir və yaxın günlərdə bu məsələ ilə bağlı konkret addımlar atılacaq, əhalinin bu problem həllini tapacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024