Lənkəranda tələbələr aksiya keçirib? - AÇIQLAMA
Tarix: 23-02-2019 | Saat: 12:47
Bölmə:Karusel / Təhsil | çapa göndər
Fevralın 22-də Lənkəran Dövlət Universitetində tələbələrin etiraz aksiyası keçirməsi ilə bağlı informasiyalar yayılıb. Yayımlanan videoda əksini tapan mətndən belə məlum olur ki, aksiya universitetin hər iki korpusunda eyni vaxtda başlayıb. Aksiya iştirakçılarının iddiasına görə, davamiyyət balının və sərbəst işlərin ləğvi, semestr imtahanından keçməyi çətinləşdirib. Tələbələr rəhbərlikdən köhnə sistemin bərpa olunmasını tələb ediblər.
Məsələ ilə bağlı BakuPost.az-a danışan Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov deyib ki, informasiya həqiqəti əks etdirmir. Onun sözlərinə görə universitetdə heç bir aksiya keçirilməyib: "Tələbələr böyük tənəffüsdə müəllimlərə yaxınlaşıb onlardan imtahanlarla bağlı suallar veriblər. Yeni sistemlə bağlı bütün məlumatlar verilib və tələbələr bundan razı qalıblar”.
Prorektor yayılan məlumatın universitetə qarşı təxribat olduğunu deyib: "Oradakı bəzi görüntülər 2016-cı ildə Aprel döyüşlərinə həsr olunmuş qələbə yürüşündən götürülüb, bəzi görüntülər isə tələbələrin nahar fasiləsində çəkilib. Burda kimlərinsə marağı var. Diqqətlə baxılsa hər kəs görə bilər ki, video quramadır. Universitetdə hər şey normaldı. Təhsil prosesi yüksək səviyyədə, şəffaf şəkildə aparılır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər