Mobil versiya
ADU-da Çin fənərlər festivalı keçirilib
Tarix: 20-02-2019 | Saat: 09:44
Bölmə:Təhsil | çapa göndər

ADU-da Çin fənərlər festivalı keçirilib


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Bahar bayramının sonu və ilin tam ay ilə ilk gecəsinin başlanğıcını qeyd edən ənənəvi Çin fənərlər bayramı (Yuan Xiaojie) qeyd olunub.

aia.az xəbər verir ki, ADU-nun Konfutsi İnstitutunun müəllimləri qonaqlara 180 il əvvəl qeyd olunmağa başlanan və əsas simvolu pələng olan bayramın yaranması ilə bağlı əfsanələr barədə məlumat veriblər. İştirakçılar həmçinin folklor nümayişləri təşkil edilən fənər festivalı ənənələri ilə: Yangge rəqsi, alovlu əjdaha görünüşündə fənərlə rəqsi, şirlərin rəqsi ilə tanış olublar. Qonaqlar müxtəlif çeşidli içliyi ilə düyü unundan böyük toplar formasında hazırlanan şirin bayram yeməyi "yuanxiao”nu dadıblar. Sonra bayramın əsas mərasimi - Çində müxtəlif heyvanlar, çiçəklər və meyvələrə bənzər bir sıra ölçü və şəkillər istehsal edən və əsl sənət əsərləri olan ənənəvi Çin çıraqlarının işıqlandırılması hissəsi keçirilib. Qonaqlar həmçinin bayramın ayrılmaz hissəsi sayılan fənərlərə yapışdırılmış əyləncəli tapmacaları tapma hissəsinə də qatılıblar.

ADU Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasovun qeyd edib ki, ənənəvi Çin bayramları, məzmunu müxtəlif və çox rəngli, qədim tarixə malik və unikal Çin mədəni irsinin bir hissəsidir. çinşünas tələbələrin ənənəvi Çin bayramlarında iştirakı onlara Çin etnosunun sosial-mədəni xüsusiyyətlərini daha yaxşı başa düşməyə imkan verir, Çin mədəniyyətinə maraq yaradır və Çin dilini öyrənmə prosesini tamamlayır.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024