Mobil versiya
Bakıda dəhşətli hadisə - Qardaş bacısını qanına qəltan etdi
Tarix: 20-02-2019 | Saat: 09:00
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda dəhşətli hadisə - Qardaş bacısını qanına qəltan etdi


Gecə saatlarında paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

aia.az Oxu.az-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Nağıyeva Xatirə Xeyrulla qızı yaşadığı ünvanda qardaşı Nağıyev Orxan Xeyrulla oğlu tərəfindən bıçaqlanıb.

Yaralı üç bıçaq zərbəsi alıb. X.Nağıyeva Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir.

O.Nağıyevin yaxınlarının dediyinə görə o, son bir həftədir səhhətində ciddi problemlər yaşayıb.

Qarabasmalar, qorxu, fərqli davranışlar görsələr də, onunla bağlı aidiyyəti orqana müraciət olunmayıb.

Faktla bağlı Xətai rayon 35-ci polis bölməsində araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024