Mobil versiya
Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI
Tarix: 19-02-2019 | Saat: 15:39
Bölmə:Ölkə | çapa göndər

Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yollardakı vəziyyətlə bağlı ən son məlumatı açıqlayıb.



Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli aia.az-a bildirib ki, saat 14:00-a olan vəziyyət aşağıdakı kimidir:
1. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu - Yolun Siyəzən-Şabran hissəsində yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə ara bir zəyif qar yağır. Havanın temperaturu müsbət 2-4 arası müşahidə olunur, hərəkət təmin olunur. Həmçinin Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində hal-hazırda yağıntı yoxdur, hava temperaturu mənfi 4-6 dərəcədir və yollarda lazımi tədbirlər görülərək nəqliyyatın hərəkəti təmin olunub.

2. Giləzi – Xızı -Zəif qar yağır, səhər saatlarında yollar qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hava temperaturu müsbət, dağlıq ərazilərdə mənfi temperatur müşahidə olunur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

3. Bakı – Qobustan - Qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə lazımi tədbirlərin görülməsi davam etdirilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

4. Qobustan - Şamaxı - Muğanlı - Qar yağır, şaxta yoxdur, yol qardan təmizlənmiş, qum-duz səpilmiş və hazırda bu istiqamətdə işlər aparılır. Hərəkət təmin olunub.

5. Muğanlı - Ağsu – Yevlax -Yolun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər aparılır və yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6. Bakı - Ələt – Hacıqabul -Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

7. Hacıqabul – Ucar – Yevlax - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

9. Muğanlı – İsmayıllı - Qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

10. İsmayıllı – Oğuz – Qəbələ - Şəki - Qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər aparılır və yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11. Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

12. Yevlax – Şəki (Göybulaq) - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

13. Gəncə-Daşkəsən – Xoşbulaq - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır .

14. Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

15. Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - Yağış yagır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

16. Masallı – Yardımlı- Masallı rayonu-yağış yagır. Yardımlı rayonu qar yağır,şaxta yoxdur , nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

17. Lənkəran – Lerik - Lənkəran rayonu-yağış yagır. Lerik rayonu qar yağır,şaxta yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

18. Hacıqabul – Bəhramtəpə – Horadiz - Yolun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.





aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024