Mobil versiya
“Dövlət sifarişli yerlərin sayı artırılacaq” - Təhsil naziri
Tarix: 15-02-2019 | Saat: 10:54
Bölmə:Karusel / Təhsil | çapa göndər

“Dövlət sifarişli yerlərin sayı artırılacaq” - Təhsil naziri



Ötən illə müqayisədə dövlət sifarişli yerlər növbəti tədris ili üçün 12324-dən 20500-ə kimi artırılıb.

BakuPost xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov "Günün nəbzi” verilişində deyib. Nazir bildirib ki, 2019-2020-ci tədbir ili üçün dövlət sifarişli yerlərlə bağlı sənəd müvafiq olaraq Nazirlər Kabinetində təsdiq olunma mərhələsindədir.

"Bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artım görürük. Hesab edirik ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək. Yalnız növbəti ilin proqnoz yerlərindən danışılırsa, dövlət sifarişli yerlərin sayı 42 % müəyyən edilib. 2018-2019-cu təqvim ili üçün bu rəqəm 30 %-in altında idi. Bu da bir il ərzində əlavə sifarişli yerlərin olması deməkdir. Bu, dövlət vəsaiti hesabına təhsilin müxtəlif istiqamətlərində gənclərə ali təhsil imkanlarının verilməsi və genişlənməsidir”, - deyə nazir vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024