Eldar Əzizov keçiddəki restoranı niyə bağlatdırdı? - BŞİH-dən açıqlama
Tarix: 14-02-2019 | Saat: 11:04
Bölmə:Manşet / Ölkə | çapa göndər
Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində (Tarqovı) yerləşən "PASSAGE 145” restoranının qeyri-qanuni "Passaj” keçidinə çoxsaylı masa və stullar yerləşdirərək keçidi tamamilə bağlaması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin "Qaynar xətti”-nə məlumat daxil olub.
Bu barədə BakuPost-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.
Onun sözlərinə görə, "Passaj” keçidinin bu formada qanunsuz bağlanması sakinlərin ciddi narazılığına səbəb olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müraciətlə əlaqədar meriyanın aidiyyətı qurumlarına tapşırıq verib: "Ərazi təmizlənib, keçiddəki maşalar götürülüb, "PASSAGE 145” restoranına isə ciddi xəbərdarlıq edilib. Bildirilib ki, insanların sərbəst hərəkəti və istirahətinə mane olan hallar ciddi nəzarətdədir, belə hallara yol vermək olmaz”.
Qeyd edək ki, "Passaj” keçidi dövlət tərəfindən təmir edilib, üzərində panolar quraşdırılıb. Bu keçid vətəndaşların, turistlərin keçməsi üçün nəzərdə tutulub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu