ATU-nun təmsilçisinin məqaləsi ABŞ-da kitabda dərc olunub
Tarix: 13-02-2019 | Saat: 12:15
Bölmə:Təhsil | çapa göndər
Həkim psixiatr, Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının assistenti İkram Rüstəmovun məqaləsi ABŞ-da dərc olunan elmi kitabda yer alıb.
Laurie J.Glader və Richard D.Stevenson tərəfindən təqdim olunan “Serebral iflicli uşaq və gənclər: Qulluq və idarəetmə» kitabında dünyanın müxtəlif ölkələrində uşaq psixatriyası sahəsində tanınmış mütəxəssislərin məqalələri dərc olunub.
Britaniyanın “Mac Keith Press” nəşriyyat evi tərəfindən təqdim olunan kitabda serebral iflici olan uşaqlarda müşahidə olunan müşayiət edən digər xəstəliklərin idarə olunması barədə söhbət açılır. Kitab bu sahədə fəlaiyyət gösətərən həkimlər üçün, həm də serebral iflic xəstəsi uşaqların valideynləri üçün praktiki vəsait kimi hesab olunur. Burada serebral iflic xəstələrinə qulluq üçün lazım olan məsələlərdən söz açılıb. Kitabn hr bölümündə məqalələrin rezyumesi yer alıb.
Bbu kitabda azərbaycanlı ütəxəssis İkram Rüstəmovun “Serebral iflicli uşaq və yeniyetmələrin psixi sağlamlığı” mövzusunda məqaləsi dərc olunub.
Qeyd edək ki, İkram Rüstəmov uşaq psixiatriyası sahəsində tanınmış mütəxəssislərdəndir. O, İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində oxuyub. Daha sonra psixiatriya və uşaq nevrologiyası üzrə rezidentura təhsili alıb. 2004-cü ildə Cərrahpaşa Tibb Fakültəsində həkim-psixiatr kimi çalışıb, daha sonra İstanbulda özəl həkimlik fəaliyyəti ilə məşğul olub. 2010-2011-ci illərdə Mərkəzi Klinik Xəstəxanada, 2012-ci ildən isə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında çalışır. Tədirs Türapevtik Klinikasında həkim psixiatrdır.
Tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov Harvard Universiteti Boston Uşaq Xəstəxanasının inkişaf xəstəlikləri departamentinin elmi işçisidir. 10-a yaxın elmi işin müəllifidir. Harvard Universitetinin İctimai Sağlamlıq Fakültəsinde Biostatistik, Epidemiologiya və Elmi tədqiqatların etik aparılma prinsipləri ilə əlaqəli kurslar keçib.
“Mac Keith Press”in oxucuları əsasən sinir sstemi sahəsində fəlaiyyət göstərən həkimlər, pediatr və cərrahlardır. Bu şirkətin hazırladığı nəşrlər sosial işçilər, pedaqoqlar, həmçinin serebral iflicli uşaq olan ailələr üçün əhəmiyyətlidir. Uşaq nevrologiyasına aid jurnal da nəşr olunur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
18:02 “Qarabağ Azərbaycandır!”