Mobil versiya
Bakıda dəhşətli qətl - Kişi arvadının boğazını kəsdi / Yenilənib
Tarix: 12-02-2019 | Saat: 11:01
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda dəhşətli qətl - Kişi arvadının boğazını kəsdi / Yenilənib


Bakıda ər arvadını qətlə yetirib.

DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Həsən qızının bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri T.Qurbanov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

* * *

Bakıda kişi arvadını qətlə yetirib.

aia.az "Report”a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda 49 yaşlı Tufan Qurbanov həyat yoldaşı 40 yaşlı Lalə Qurbanovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.

T.Qurbanov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024