Ölkədə bu xəstəliyə qarşı peyvəndləmə aparılacaq
Tarix: 08-02-2019 | Saat: 16:02
Bölmə:Ölkə | çapa göndər
Ölkədə epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.
DBX-dən aia-a verilən məlumata görə, hazırda 25 kənd və 5 qəsəbəni əhatə edən Hacıqabul rayonunda epizootik durum sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün bütün ölkədə olduğu kimi, Hacıqabul rayonunda da heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı yanvar ayının ilk günlərindən 2019-cu ilin profilaktik tədbirlərinə başlanılıb. 39 242 baş iribuynuzlu, 137 706 baş xırdabuynuzlu, 600 baş təkdırnaqlı, 1530 baş it və 219 840 baş quş mövcud olan rayonda müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.
Dövlət Baytarlıq Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsi "soyuq zəncir” rejimi gözlənilməklə 8 sahə baytarlıq məntəqəsində peyvəndləmə tədbiri aparır. Dövlət vəsaiti hesabına alınmış peyvənd vasitələri mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir. İlin əvvəlindən indiyə kimi rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 30 365 baş iribuynuzlu, 508 baş təkdırnaqlı heyvanda qarayara, 490 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbiri aparılıb. Bununla yanaşı, 1520 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi görə qan nümunələri götürülüb. Eləcə də 1700 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.
Hacıqabul rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo xəstəliyinə görə (maleinizasiya) xəstəliyinə qarşı peyvəndləmə aparılması nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci ildə rayonda 385 78 baş iribuynuzlu, 133 201 baş xırdabuynuzlu, 552 baş təkdırnaqlı heyvanda qarayara, 61 980 baş iribuynuzlu heyvanda dabaq, 38 511 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 5155 baş iribuynuzlu və 11 621 baş xırdabuynuzlu heyvanda leptospiroz, 108 379 baş xırdabuynuzlu heyvanda çiçək, 38 967 baş xırdabuynuzlu heyvanda ("Rev-1”vaksini), 7060 baş iribuynuzlu heyvanda ("Ştamm-19” vaksini) bruselyoz, 3490 baş itdə quduzluq, 350 834 baş quşda nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Həmçinin başa vurduğumuz il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 7549 baş iribuynuzlu heyvandan qan nümunələri alınaraq müayinə edilib.
Təsdiq edilmiş iş planına uyğun olaraq rayon ərazisində fərdi və fermer təsərrüfatlarında 35.306 min kvadratmetr ərazidə profilaktiki, 1.174 min kvadratmetr ərazidə isə məcburi dezinfeksiya işləri aparılıb.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu