““Eurovision 2019” təmsilçimizin adı martda açıqlanacaq” - Hüsniyyə Məhərrəmova
Tarix: 07-02-2019 | Saat: 17:22
Bölmə:Aia TV | çapa göndər
Azərbaycanın "Eurovision” Mahnı Müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova Təl-Əvivdə ölkəmizi təmsil edəcək ifaçının və mahnının seçilməsi, eləcə də müsabiqəylə bağlı bir sıra sualları cavablandırıb.
BakuPost müsahibəni təqdim edir:
- "Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi ilə bağlı keçirilən daxili kastinqdə necədir vəziyyət?
- İctimai Televiziya "Eurovision 2019” yarışmasında ölkəmizi təmsil edəcək sənətçinin müəyyənləşməsi üçün qapalı kastinq həyata keçirib. Hansı ki, o kastinqə 40-dan çox musiqiçi dəvət edilib və onların arasından 4-ü finala vəsiqə qazanıb. Həmin 4 finalçı – Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndidir.
- Təmsilçi ilə bağlı məsələ aydın oldu. Bəs, Azərbaycanı bu yarışmada təmsil edəcək müğənninin ifa edəcəyi mahnı ilə bağlı elan edilmiş müsabiqə necə gedir?
- Bu ilin yanvarın 24-də müsabiqədə ölkəmizi təmsil edəcək mahnının və sözlərin seçimi üçün yerli və eləcə də xarici müəlliflər arasında müsabiqə elan edilib. Bununla əlaqədar 350-dən çox müraciət almışıq. Çox sevindirici haldır ki, ölkəmizi 2019-cu ildə "Eurovision” yarışmasında təmsil etmək üçün Azərbaycan müəllifləri ilə yanaşı, Avropa, Amerika, Avstraliya, hətta Braziliyadan müəlliflər də öz mahnılarını göndəriblər. Müəlliflər fevralın 7-si, yəni bu günün sonuna qədər [email protected] ünvanına öz mahnılarını göndərə bilərlər.
- Ən yaxşı mahnı və təmsilçinin seçimi necə müəyyən olunacaq?
- Bu seçim İctimai Televiziya və milli münsiflər heyəti tərəfindən aparılır. Hazırda biz seçimin bitməsini gözləyirik ki, seçilən ən yaxşı demo-versiyanı 4 finalçının ifasında yazaq. Məhz bu mərhələdən sonra ən yaxşı mahnı və ifaçı seçilərək "Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansı qazanacaq.
- Bəs daxili seçim nə vaxt bitəcək və təmsilçinin kimliyi nə zaman açıqlanacaq?
- Təmsilçinin kimliyi martdan tez olmayaraq milli münsiflər heyətinin qərarından sonra məhz İctimai Televiziyada açıqlanacaq. Ümumiyyətlə "Eurovision”la bağlı bütün son xəbərlər, eləcə də təmsilçinin adı ilk olaraq İctimai Televiziyada səslənəcək.
- "Eurovision 2019”dakı səhnə tərtibatı haqqında hər hansısa detalları deyə bilərsinizmi?
- Hazırda bu barədə danışmaq çox tezdir, çünki nə təmsilçi, nə də mahnı ilə bağlı son qərar verilməyib. Onu deyə bilərəm ki, bizim niyyətimiz "Eurovision 2019” səhnəsində müasir və tam yeni bir performans göstərməkdir. Əsas məqsədimiz çıxışın yaddaqalan olması, izləyicilər tərəfindən sevilməsi və bununla da öz səsini Azərbaycana verməsidir!
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024