Mobil versiya
"MediaMən” layihəsinin bağlanış tədbiri keçirilib
Tarix: 19-01-2019 | Saat: 19:31
Bölmə:Ölkə | çapa göndər

"MediaMən” layihəsinin bağlanış tədbiri keçirilib


"Loqos" da Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "MediaMən” layihəsinin bağlanış tədbiri keçirilibdir.

aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Abbas Əliyev layihə barədə məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT imkanlarından istifadə etməklə əldə edilmiş biliklər vasitəsilə onların cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır. Sonra Layihə rəhbəri Abbas Əliyev layihə çərçivəsində gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, internet resurslarından səmərəli istifadə etməyin vacibliyini vurğulayib. Daha sonra təlimçi Amal Əsgərov "Media nədir” "Ənənəvi media anlayışı”, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsindən layihə iştirakçılarına məlumat veribdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024