Mobil versiya
Təyyarədə DƏHŞƏT - sərnişinlər şoka düşdülər - FOTO
Tarix: 06-01-2016 | Saat: 13:22
Bölmə:Parlament / Şou-biznes / Aia TV / Karusel | çapa göndər




"Təyyarə səmada olanda gördüyüm bu mənzərə məni şoka saldı. Hələ də özümə gələ bilmirəm. Bizi Tanrı hifz etdi, faciədən qurtulduq".

Cənubi Koreyanın "JİN Air" aviaşirkətinin sərnişinləri belə deyirlər.

Aviaşirkətin LJ038 reysi ilə uçan Boeing 737-800 təyyarəsi Sebu şəhərindən Pusana yönəlirdi. Lakin 163 sərnişinin olduğu təyyarə 13 min metr yüksəkliyə qalxanda qapılardan birinin açıq olduğu görülüb.
Bunu sərnişinlərdən biri sezib və açıq qapını smartfonu ilə çəkib.
Onun dediyinə görə, qapıdan vuran güclü külək onda kəskin başağrıları yaradıb.
"Hadisəni təyyarə səmaya qalxandan 30 dəqiqə sonra gördüm. Qapı çox aralı idi. Dəliyinin nə qədər böyük olduğunu göstərmək üçün əlimi uzatdım. Əlim açıq qalmış qapı ilə təyyarənin gövdəsinin arasına girdi. Başımda, qulağımda kəskin ağrılar başlandı. Ağrıdan az qala huşumu itirəcəkdim", - videonu çəkən sərnişin deyib.
Təyyarə dərhal geriyə, Sebu şəhərindəki Maktan beynəlxalq hava limanına qaytarılıb.
Sərnişinlər 15 saat sonra başqa təyyarə ilə yola salınıblar.
Olayla bağlı araşdırmalar başlanıb



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024