Mobil versiya
Sabahın hava PROQNOZU - Duman, çiskin...
Tarix: 05-02-2019 | Saat: 15:09
Bölmə:Ölkə | çapa göndər

Sabahın hava PROQNOZU - Duman, çiskin...


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin aia.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında isə çiskinli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024