Region – Masallı Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq
Tarix: 01-02-2019 | Saat: 12:50
Bölmə:Manşet / Ölkə | çapa göndər
Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsinə start verib. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq.
Beləliklə, layihənin ilk seçimi Masallı rayonudur.
Masallı rayonu Lənkəran ovalığı və qismən Talış dağlarında cəmlənmişdir. Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Şərqdən Xəzər dənizi, Qərbdən isə Talış dağları, Burovar silsiləsi ilə əhatə olunub. Sahəsində maksimal hündürlük 917 m-ə çatır, ən aşağı ərazisi Xəzər dənizi sahillərində -26,5 m-dir.
Rayon 1930-cu ildə salınmışdır.
Əhalinin sayı – 211 951 (2014-cü ilə olan məlumat) nəfər.
Sahəsi – 721 km².
Əhalinin orta sıxlığı – 158 nəfər / kv km.
İnzibati mərkəzi – Masallı şəhəri.
Ötən il başa çatmış regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramının icrası Masallı rayonunun inkişafına güclü təkan verib. Birmənalı olaraq demək olar ki, Dövlət Proqramında Masallı rayonu üzrə həlli nəzərdə tutulmuş məsələlər, qarşıya qoyulmuş vəzifələr artıqlaması ilə yerinə yetirilib.
Sənaye məhsullarının istehsalı və ixracı artıb
Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ildə inşasına başlanmış Masallı Sənaye Məhəlləsi 2018-ci ildə ildə istifadəyə verildikdən sonra, rayon iqtisadiyyatında sənaye məhsulları istehsalı sahəsinin xüsusi payı bir qədər də artmışdır.
Hal-hazırda rayonun bütün inkişaf parametrlərinə ciddi təsir göstərən, 10 hektar sahədə salınmış Masallı Sənaye Məhəlləsində rezidentlərin hamısı uğurla fəaliyyətə başlayıb, ən əsası, ilkin olaraq 200 nəfərdən artıq gənc müasir texnologiya, yüksək istehsal şəraiti və əməkhaqqı ilə təmin olunub. Yaxın vaxtlarda onların sayının bir neçə dəfə artacağı gözlənilir. Qeyd edək ki, bu barədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yanvar ayının 29-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda etdiyi çıxışında məlumat verib. Öz çıxışında Rafil Hüseynov rayonda sənaye sahəsinin sürətlə inkişaf etdiyini xüsusilə vurğulayıb. İcra başçısı həmçinin bildirib ki, ötən ilin sonlarında şüşə, yağ-pendir və digər məhsulların istehsalı məqsədilə öz vəsaitləri hesabına 2 yeni korpusun tikilməsi üçün müraciət etmiş digər sahibkarların təklifləri qəbul edilib. Ümumiyyətlə hesabat dövrü ərzində rayonda 572 istehsal və xidmət obyekti istifadəyə verilib, müasir çəltik zavodu
işə salınıb, “Embawood” mebel fabrikində və Masallı kərpic zavodunda yeni istehsal sahələri yaradılıb, sənaye məhsulları istehsalı, ümumilikdə, 77 faiz artıb. Azərbaycan brendi ilə hər il Masallıdan xarici ölkələrə 15 milyon manatlıqdan artıq sənaye məhsulları ixrac olunur.
Kənd təsərrüfatında rentabelliyi daha yüksək sahələrə üstünlük verilir
Sənayenin son vaxtlar sürətli inkişafına baxmayaraq, Masallıda bu gün də iqtisadiyyatın və əhalinin məşğulluğunun əsasını aqrar sahə təşkil edir. Bu sahədə dövlət başçısı tərəfindən qəbul edilən qərarların, verilən sərəncamların yaratdığı imkanlardan bəhrələnən torpaq mülkiyyətçilərində artıq əsl sahibkarlıq, təsərrüfatçı psixologiyası formalaşmaqdadır. Bu gün fermerlər artıq öz gəlir-çıxarlarını daha dəqiq hesablamağa, daha çox gəlir gətirən sahələrə üstünlük verməyə başlayıblar. Hazırda rayonda əkin strukturunda qeyri-rentabelli sahələr azaldılıb, əməktutumlu, daha gəlirli, bazarda çox tələbat duyulan və Masallının torpaq-iqlim şəraitinə uyğun olan tərəvəz, faraş kartof, çəltik, giləmeyvə kimi bitkilərin əkinləri xeyli genişləndirilib, 100 hektar sahədə çay plantasiyası salınıb. Son iki ildə rayon üzrə əkin sahələri 18 min hektara çatdırılıb ki, bu da sovet dönəmindəki ən yüksək göstəricidən çoxdur. Nəticədə təsərrüfatda çalışanların sayı 2,5 dəfə artıb, bütün istehsal olunan məhsulların isə üçdəbiri ixrac edilir.
Ötən il Prezident İlham Əliyevin Masallıya səfəri zamanı 3 min hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 sututarda təmir-bərpa işlərinin aparılmasına dair verdiyi Sərəncamla ayrılmış vəsait hesabına işlərə başlanılıb. İşlər başa çatdıqdan sonra əlavə 8 milyon kubmetr suvarma suyu əldə etməyə və elə bu il həmin ərazilərdə çəltik və çay əkinləri aparmağa imkan yaranacaq.
Ümumiyyətlə son illər ərzində Masallıda əkinçilik sahəsində böyük dirçəlişə nail olunub. Qeyd edək ki, köhnə sovxoz təsərrüfatı sistemi ləğv olunduqdan sonra ilk dəfədir ki, bu qədər ərazidə torpaq sahəsi əkilir. Ötən il rayonda xeyli noxud, lərgə, sarımsaq, kələm, buğda, arpa və sair bitkilər əkilib, onlarca sakin mövsümü iş yeri əldə edib və ailə büdcəsini artırıb. Sahibkarlar tərəfindən 130 imkansız ailəyə hazır məhsuldan pay göndərilib. Hazırda növbəti əkinlər üçün 190 hektar sahədə payız şumu vurulub və 140 hektar sahədə buğda, arpa, vələmir əkilib. 50 hektarda isə yazlıq bitkilərin əkilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ilk dəfə olaraq arı ailələrinin saxlanması üçün subsidiyaların verilməsi də kənd yerlərində rəğbətlə qarşılanmışdır. Artıq Bədəlan ərazisindən 200 arı ailəsi saxlayan 5 sahibkar hərəyə 2000 manat əlavə vəsait alıb. Baramaçılıq, çəltikçilik, çayçılıq və sitrusçuluq kimi sahələr də inkişaf sürətini getdikcə artırır.
Böyük infrastruktur layihələri həyata keçirilib
Dövlət başçısının bilavasitə tapşırığı əsasında tikilən və bütün Masallı sakinlərinin qürur duyduğu “ASAN həyat” kompleksi hazırda bütün regionun əhalisinə xidmət göstərir. Kompleks xüsusi zövqlə tikilən dördmərtəbəli “ASAN xidmət” mərkəzi və 6 ictimai iaşə obyekti üçün nəzərdə tutulan binalardan ibarətdir. Burada Heydər Əliyev İncəsənət Məktəbi, kinoklub, bank, kafe, “ABAD” mərkəzi və “ASAN İntellektual” inkişaf mərkəzi də mövcuddur. Kompleksin 4480 kvadratmetr ərazisində “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onu da qeyd edək ki, hazırda bütün “ASAN xidmət” mərkəzlərində 11 dövlət orqanı
- Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-yə yaxın müxtəlif xidmət göstərilir.
Həmçinin hesabat dövrü ərzində rayonda çoxsaylı təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri tikilib, parklar, meydanlar, prospektlər salınıb, şəhərin su-kanalizasiya sistemi yenidən qurulub. Rayonun Muğan zonası kəndlərinə çəkilən içməli su artıq ilkin olaraq 5 yaşayış məntəqəsinə verilib. Rayonda qazlaşdırma 97 faizə, kənd yollarının asfaltlaşdırılması işləri 85 faizə çatıb, 22 yaşayış məntəqəsində elektrik təsərrüfatı tam yenidən qurulub. Artıq rayon üzrə 103 yaşayış məntəqəsindən 90-ı “mavi yanacaq”la təmin edilib, qalan 13 kəndə təbii qaz xəttinin çəkilməsi Dövlət Proqramına uyğun olaraq reallaşdırılır. Həmçinin ötən il rayonun üç kəndində modul tipli məktəb binası quraşdırılıb, rayon Məhkəməsinin inzibati binasının inşası tamamlanmaq üzrədir. Viləş çayının hər iki sahilində müasir park-bulvar kompleksinin salınması uğurla davam edir.
Masallı şəhərinin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə rayon İcra hakimiyyəti tərəfindən Viləş çayı boyunca 50 hektara yaxın ərazidə meşə-park, o cümlədən 7 hektarda “Park-bulvar” kompleksinin salınmasına başlanılmışdır. ərazilərin təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilmiş, artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Park-bulvar kompleksinin salınması ilə əlaqədar layihələndirmə tapşırığı əsasında müvafiq layihə təşkilatı tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə əsasən park-bulvar kompleksində uşaq-əyləncə mərkəzi, idman qurğusu, “Masallı evi”, səhnə, istirahət və iaşə obyektləri, 2 fontan, söhbətgahlar, çay üzərində 1 piyada və 2 nəqliyyat vasitələrinin hərəkəti üçün körpü, yeraltı içməli su anbarı, nasosxana, yanğın əleyhinə su anbarı nəzərdə tutulmuşdur.
Gənclərin Masallıdan axını xeyli azalıb
İndi Masallının ən ucqar kəndinə belə asanlıqla gedib çıxmaq olur. Amma vaxt vardı ki, yağışlı-yağmurlu günlərdə bir sıra yaşayış məntəqəsi ətraf aləmdən təcrid olunmuş hala düşürdü. Artıq burada işıq, qaz, su problemləri yox dərəcəsinə çatır, kəndlərdə çoxzolaqlı elektron ATS-lərdən, daha sürətli internetin tətbiqindən danışılır. Bu gün Masallının kənd və qəsəbələrində həyat şəraitinin yaxşılaşmasının nəticəsidir ki, son vaxtlar kəndini, doğma ocağını tərk edərək Bakıya və Sumqayıta, eləcə də Rusiyanın, Ukraynanın və digər ölkələrin şəhərlərinə üz tutanların sayı azalıb, yurd yerlərinə qayıdanlarsa çoxalır.
O cümlədən, rayonun Boradigah qəsəbəsində uzun illər sakinləri narahat edən problemlər həll olunub. Qəsəbənin küçələrinə asfalt döşənib, 1 saylı tam orta məktəb, qəsəbə xəstəxanası əsaslı təmir edilib. Babaser məktəbinin yeni binası tikilib, bu kənddə yeni tibb məntəqəsi istifadəyə verilib. Qəsəbədə fəaliyyət göstərən xəstəxana 32 yaşayış məntəqəsinə xidmət edir. Bədəlandakı uşaq-bağça kompleksində yaradılmış şərait və göstərilən xidmətin səviyyəsi kənd sakinlərini razı salır. Kənddə həkim məntəqəsi, kitabxana, klub, istirahət parkı və ağsaqqallar evi də fəaliyyət göstərir.
Nümayəndəliklər bələdiyyələrlə qarşılıqlı fəaliyyət göstərirlər. İş adamları və xeyriyyəçilərlərin dəstəyi ilə ərazilərin abadlaşdırılmasına, sosial problemlərin həllinə nail olunur. Dəmirçilər kəndində yola asfalt döşənməsi, ara küçələrin işıqlandırılması, Çayqıraq kəndində mərasim zalının və mini-futbol meydançasının inşası, ərazidə olan 47 ədəd yararsız elektrik dirəyinin dəyişdirilməsi və Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılması təqdirəlayiqdir.
Banbaşı kənd inzibati ərazi dairəsində sahibkarlıq fəaliyyəti üstünlük təşkil edir. Burada“Nofəl” maldarlıq təsərrüfatı, “Binə” istehsal şirkəti, “Nəzir” kiçik müəssisəsi və s. fəaliyyət göstərir. Hesabat ilində Binə Xocavar kəndində dəyəri 150 min manatdan çox olan istixana tikilib, Banbaşı kəndində iki ticarət evinin tikintisi davam etdirilir. Sahibkarlıq obyektlərində 450-dən çox işçi çalışır. Kənd sakinlərinin köməyi ilə Böyük Xocavar kəndinə küçə işiqları çəkilib. Ərazidə 1275 elektrik enerjisi abonenti və təbii qazdan istifadə edən 1152 abonent var. Təzə Alvadı kəndində sağlamlıq mərkəzi fəaliyyət göstərir. Kənddə SİB kabelləşmə başa çatdırılıb, əraziyə 24 saat dayanıqlı enerji verilməsi təmin edilib. Yeddioymaq inzibati ərazi dairəsi Qasımlı kənd tam orta məktəbinin əsaslı təmir olunması tədrisin keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur. Ərazidə 1 elektron ATS əhaliyə xidmət edir, 1250 abonent vardır. İnternet istifadəçilərinin sayı 850-dən artıqdır. Bankomatın qoyulması camaatın işini xeyli asanlaşdırıb.
Göründüyü kimi, regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası Masallı rayonunda yüksək səviyyədə başa çatdırılmışdır. Əminliklə demək olar ki, Masallıda dördüncü Dövlət Proqramının icrası da eyni ruh yüksəkliyi və əzmkarlıqla həyata keçəcək, əldə olunan nailiyyətlər isə daha böyük olacaq.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu