Mobil versiya
Ötən il nə qədər fövqəladə hadisə baş verib? - Nazirlik hesabat verdi
Tarix: 29-01-2019 | Saat: 14:31
Bölmə:Ölkə | çapa göndər

Ötən il nə qədər fövqəladə hadisə baş verib? - Nazirlik hesabat verdi


Azərbaycanda 2018-ci il ərzində baş vermiş fövqəladə hadisələrin statistikası açıqlanıb.

aia.az FHN-ə istinadən xəbər verir ki, ötən il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 15 229 çıxış edilib. Yanğın hadisələri zamanı 83 nəfər ölüb, 165 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 32 nəfər və ya 63% çox, xəsarət alanlar üzrə 60 nəfər və ya 27% azdır.

2018-ci il ərzində respublika ərazisində 15 464 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 105 nəfər ölüb, 231 nəfər xəsarət alıb. Həmçinin 94 nəfər xilas edilib, 1724 nəfər təxliyə olunub.

Ötən il respublika ərazisində 155 təbii mənşəli hadisə qeydə alınıb və həmin hadisələrdə insan tələfatı olmayıb. Hesabat dövründə təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 4 nəfər xilas edilib, 259 nəfər təxliyə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024