Azərbaycan “Eurovision 2019”un II yarımfinalında bu ölkələrlə yarışacaq - SİYAHI
Tarix: 29-01-2019 | Saat: 11:24
Bölmə:Aia TV | çapa göndər
Azərbaycan İsraildə keçiriləcək “Eurovision–2019” mahnı müsabiqəsində ikinci yarımfinalda çıxış edəcək.
aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən gün Təl-Əviv İncəsənət Muzeyində keçirilən püşkatma mərasimində təmsilçimizin mayın 16-da səhnəyə çıxacağı məlum olub.
İkinci yarımfinalda ölkəmizlə yanaşı, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveçrə və İsveçrədən olan ifaçılar çıxış edəcək.
Yarışmanın yarımfinal müsabiqələri Təl-Əvivin Sərgi Mərkəzində mayın 14-də və 16-da, final mərhələsi isə mayın 18-də təşkil olunacaq.
Xatırladaq ki, İsrail 2019-cu ildə beynəlxalq mahnı festivalının keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda “Eurovision” müsabiqəsində israilli Netta Barzilayın “Toy” mahnısı ilə qazandığı qələbədən sonra nail olub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024