Azərbaycan və Ermənistan prezidentləri Minskdə görüşə bilərlər
Tarix: 04-01-2016 | Saat: 21:54
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

“Danışıqlar lazımdır”.
Minsk Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün meydança ola bilər.
Aia.az xəbər verir ki, bunu NEWS.am-a müsahibəsində Belarusun Ermənistandakı səfiri İqor Nazarçuk bildirib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi kimi məsələləri “qaynar” yox, “soyuq” rejimdə həll etmək üçün danışıqlar lazımdır.
“ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə buna yönəlib. Əminəm: əlaqələr başlayanda daha çox qarşılıqlı anlaşma yaranır, biz bir-birimizi daha çox anladıqda isə əlavə etibar elementləri peyda olur. Əminəm ki, bu, yeganə düzgün yoldur. Heç bir “qaynar” mərhələyə keçmədən danışıqlar, sakit ünsiyyət”, - deyə, səfir vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-04-2025