Ana Sayfa > Siyasət / Manşet / Karusel > Azərbaycan və Ermənistan prezidentləri Minskdə görüşə bilərlər
Azərbaycan və Ermənistan prezidentləri Minskdə görüşə bilərlər4-01-2016, 21:54. Yazar: admin |
![]() “Danışıqlar lazımdır”. Minsk Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün meydança ola bilər. Aia.az xəbər verir ki, bunu NEWS.am-a müsahibəsində Belarusun Ermənistandakı səfiri İqor Nazarçuk bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi kimi məsələləri “qaynar” yox, “soyuq” rejimdə həll etmək üçün danışıqlar lazımdır. “ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə buna yönəlib. Əminəm: əlaqələr başlayanda daha çox qarşılıqlı anlaşma yaranır, biz bir-birimizi daha çox anladıqda isə əlavə etibar elementləri peyda olur. Əminəm ki, bu, yeganə düzgün yoldur. Heç bir “qaynar” mərhələyə keçmədən danışıqlar, sakit ünsiyyət”, - deyə, səfir vurğulayıb. Geri dön |