Mobil versiya
Gəncədə ticarət mərkəzində yanğın - bir nəfər xəsarət aldı
Tarix: 25-01-2019 | Saat: 11:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Gəncədə ticarət mərkəzində yanğın - bir nəfər xəsarət aldı


Gəncədə yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Gəncənin Yeni Gəncə qəsəbəsində üç mərtəbəli ticarət mərkəzində səhər saat 5 radələrində qeydə alınıb.

"Ucuzluq TM" adı ilə tanınan üç mərtəbəli tikilinin birici mərtəbəsi əşyalarla birlikdə yanaraq kül olub. Hadisə zamanı bir nəfər xəsarət alıb.

Mağaza sahiblərindən biri əşyaları çıxarmaq üçün şüşə qapını sındırmaq istəyərkən sağ qolunu yaralayıb. Xəsarət alan şəxs ambulator müayinədən sonra evə buraxılıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Nizami rayonunda mağazanın yerləşdiyi ümumi sahəsi 2000 m² olan ikimərtəbəli mansarda tipli binanın (mansardası çayxana, zirzəmisi anbar kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 500 m² sahədə və içərisində olan geyim malları yanıb. Mağazanın zirzəmisi, 2-ci mərtəbəsi və mansardası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə