Mobil versiya
Kürəkənini kimyəvi turşu ilə yandıran qadın məcburi müalicəyə göndərildi
Tarix: 25-01-2019 | Saat: 11:31
Bölmə:Cəmiyyət | çapa göndər

Kürəkənini kimyəvi turşu ilə yandıran qadın məcburi müalicəyə göndərildi


Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.

Qərara əsasən, K.Əsədovanın barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

İttihama görə, K.Əsədova ötən ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağali oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu kimyəvi turşu ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024