Mobil versiya
Yazıb-yaradanda yaşayıram...
Tarix: 23-01-2019 | Saat: 15:21
Bölmə:Ölkə | çapa göndər

Yazıb-yaradanda yaşayıram...



Mən necə yazıram?! Bu suala cavab vermək , bəlkə də mənim üçün çox çətindir. Amma yazmaya bilərəmmi?! sualına cavab vermək mənə daha asanddır. Hər gün nəsə yazmaq mənim üçün artıq ciddi məsələdir. Çünki yazmaya bilmərəm. Evimin sakit bir guşəsindəki kiçik yazı masasının arxasında özümü daha rahat hiss edirəm. Necə deyərlər, bir mən oluram, bir də düşüncələrim. Və bu düşüncələr ilham pərisinin köməyi ilə sətirlərə çevrilir. Beləcə, mənim sevilən şeirlərim yaranır... Hər şeir insan ömrünün bir anıdır. Bu anı yaşamasan, duymasan yazdıqlarının adı söz yığını olacaq. Amma yaşadığın o hissləri beynində, ürəyində fırladıb pıçıldadıqca, ağ vərəqlərə köçürmək ehtiyacı yaranır. Bildiyim bir həqiqət isə budur ki, yazdıqların ürəkdən gəlmirsə, ürəklərə təsir etməyəcək. Zorla şair olmaq olmur. Deyirlər, yaradıcı adam üçün ən sevincli an yazmaq istədiyin mövzuya dərindən nəfəs alıb son nöqtəni qoymaqdır. Bu sevinci yaşamaq böyük xoşbəxtlikdir. Mən necə və nə vaxt yazıram?! Gecənin bir aləmində sakit ürəyimlə həmsöhbət olanda. Bəzən yerinə düşən qafiyəni tapa bilməyəndə, fikrimlə az qala dağa dırmaşıram. Elə ki, həmin misranı tapdım, daxilimdəki təlatüm ötüb keçir. Sanki rahatlaşıram. Yağışdan sonra buludlar arasından çıxan günəş kimi işıqlanıram. Hazır olan misralar hələ mənim üçün şeir deyil. Onları pıçıltı ilə dəfələrlə oxuyuram. Özümü oxucuların yerinə qoyuram. Oxucu rəyi ən güclü qiymətdir. Artıq iki kitabım işıq üzü görüb. Bu şeirlərdən bəzilərinə artıq musiqilər də bəstələnib. Amma onların hamısı ilk öncə, yaradıcılıq süzgəcindən keçib, həyata vəsiqə alıb. Ötən illərin təcrübəsinə əsasən gəldiyim qənaət: yazmaya bilmərəm. Mən yaradıcılıqla məşğul olanda, yazıb – yaradanda yaşayıram. Narahatlıqlarla, yuxusuz gecələrlə dolu bir dəqiqələr, anlar mənim üçün çox şirindir... İstəkli oxucularım sayca üçüncü kitabım olan “Bir nəğmədir şeirlərim...” adlı şeirlər kitabım da illərdi ki, üzərində yorulmaq bilmədən çalışdığım yuxusuz gecələrimin bəhrəsidi. Ümidvaram ki, bu kitabım da xoşunuza gələcək. Və stolüstü kitablarınızdan biri də mənim bu “ Bir nəğmədir şeirlərim...” adlı şeirlər kitabım olacaq.

AYB üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024