Mobil versiya
Gürcüstanda daha 2 nəfər “donuz qripi”ndən öldü
Tarix: 23-01-2019 | Saat: 12:44
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Gürcüstanda daha 2 nəfər “donuz qripi”ndən öldü


Gürcüstanın Acarıstan Muxtar Respublikasında qrip virusundan daha iki nəfər ölüb.

aia.az Report-a istinadən xəbər verir ki, ölənlərdən biri 48 yaşlı qadın, digəri isə 33 yaşlı kişidir.

Qadın Batumi xəstəxanalarının birində, kişi isə Türkiyənin Trabzon şəhərində dünyasını dəyişib. Gənc Batumidə xəstəxanada müalicə olunsa da, yaxınları daha sonra onu Trabzona aparıb.

Hər iki şəxsin ölümünə "donuz qripi” adlandırılan A (H1N1) virusunun səbəb olub-olmadığını ekspertiza müəyyən edəcək.

Xatırladaq ki, bu günə qədər qonşu ölkədə 19 nəfərin "donuz qripi”ndən ölməsi laboratoriya şəraitində təsdiq olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024