Mobil versiya
“ETSN-nin xəbərdarlığı “Neft Daşları”nda faciənin qarşısını alıb” - Çökən meydançada monitorinq aparılır / RƏSMİ
Tarix: 22-01-2019 | Saat: 15:29
Bölmə:Ölkə | çapa göndər

“ETSN-nin xəbərdarlığı “Neft Daşları”nda faciənin qarşısını alıb” - Çökən meydançada monitorinq aparılır / RƏSMİ


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 17-18 yanvar tarixlərində kəskin hava şəraiti nəticəsində "Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQCİ) istehsalat ərazisində, "Palçıq-pilpiləsi” yatağında çökən meydançaya baxış keçirib, hazırda monitorinq davam edir.

Bunu BakuPost-a açıqlamasında ETSN-nin rəsmisi Mirsalam Qəmbərov bildirib.

M. Qəmbərov deyib ki, ETSN-nin hava şəraiti ilə bağlı xəbərdarlığı ilə əlaqədar SOCAR-ın öncədən gördüyü tədbirlər nəticəsində oradan insanlar çıxarılıb: "Ən əsası odur ki, meydançanın çökməsi nəticəsində insan tələfatı olmayıb. Çünki iş prosesində həmin meydança yoxlanır, neftçilər belə yerlərə baş çəkir. Bu hadisə neftçilərin orada olduğu zamanla üst-üstə düşsəydi, faciədən qaçmaq mümkün olmazdı. Digər tərəfdən, meydançaya neftin nəqli ilə bağlı əsas işlər həyata keçirilmədiyi üçün ciddi iqtisadi ziyan da olmayıb. Ekoloji fəlakət də yaşanmayıb. Boru qırılması, neft sızması, ümumiyyətlə, ətraf mühitə təsir göstərən tullantının dağılması da yoxdur”.

M. Qəmbərov qeyd edib ki, meydançanın uçması ilə bağlı avadanlıqların oradan yığışdırılması, korroziyaya qarşı tədbirlərin görülməsi vacibdir: "Yad cisimlərin müəyyən mənada suyu çirkləndirməsi qaçılmazdır. Ancaq bu, xırda məsələlərdir, hazırda da bunun üzərində iş gedir. Orada bizim də monitorinqlər keçirilir, nümunələr götürülüb, müqayisəli təhlillər aparılacaq. Amma öncədən demək olar ki, həm ətraf mühit, həm də oradakı kollektiv bu hadisədən ziyan çəkməyibsə, buna şükür etməliyik. Bütün bunlar da qabaqlayıcı tədbirlərin görülməsi sayəsində mümkün olub”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024