Mobil versiya
Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda
Tarix: 22-01-2019 | Saat: 15:20
Bölmə:Təhsil | çapa göndər

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda


Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 20-23 yanvar 2019-cu il tarixlərində Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir.



Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Forum dünyanın 80-dən çox ölkəsinin təhsil nazir və nazir müavinləri, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələrini bir araya toplayıb.

Dünya Təhsil Forumu Britaniyanın Xarici İşlər Nazirliyi, hökumətin təhsil, biznes və innovasiyalar, beynəlxalq inkişaf departamentləri, həmçinin Britaniya Şurası və bir çox sənaye tərəfdaşlarının dəstəyi ilə həyata keçirilir.

Səfər çərçivəsində Ceyhun Bayramovun həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Britaniya Şurasının sədri Kristofer Rodriqes və digər rəsmi şəxslərlə işgüzar görüşlərinin keçirməsi nəzərdə tutulub.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024