Mobil versiya
Emin Ağalarov ABŞ-a buraxılmadı – “Gəlmə, səni həbs edəcəklər…”
Tarix: 22-01-2019 | Saat: 15:07
Bölmə:Karusel / Aia TV | çapa göndər

Emin Ağalarov ABŞ-a buraxılmadı – “Gəlmə, səni həbs edəcəklər…”


Müğənni-bəstəkar, "Crocus Group” şirkətinin vitse-prezidenti Emin Ağalarovun ABŞ və Kanadada verməyi planlaşdırdığı konsertləri təxirə salınıb.



BakuPostxəbər verir ki, kosertinin təxirə salınmasının səbəbləri barədə Emin Ağalarov özünün "Tvitter” səhifəsində məlumat yayıb.



"Mən bu mesajı yazmağı heç istəməzdim, amma məndən asılı olmayan səbəblərə görə ABŞ-la Kanadaya planlaşdırdığım turu təxirə salmağa məcburam. Bu məndən asılı deyil. Biz bu şounu bir il əvvəl planlaşdırmışdıq və gəlməkdə, sizlərin qarşısında çıxış etməkdə tam qərarlı idik. Mən bilet alanlardan üzr istəyirəm. Hadisələrin gələcək inkişafı barədə yaxın vaxtlarda məlumat veriləcək”, o qeyd edib.




Emin Ağalarovun vəkili isə "Tvitter” səhifəsində səfərin təxirə salınmasının səbəbini xüsusi prokuror Robert Müllerin araşdırmaları ilə izah edib.



"Bu səbəbdən də ABŞ hökuməti onun təhlükəsizliyini təmin edə bilməyib. Çünki Ağalarovların Donald Trampla biznes əlaqələri olub və onlarla xüsusi prokuror Robert Müller maraqlanıb”, – deyə vəkil bildirib.




Xatırladaq ki, Amerika prezident seçkilərində uduzan Hillari Klintonu dəstəkləmiş Demokratik Partiya yönümlü ABŞ mətbuatı bir ildir D.Trampa qarşı kampaniya aparır və onu Moskva ilə əlaqələrdə şübhəli bilir. "The İndependent” iddia edir ki, iş adamı, onun britaniyalı prodüseri Rob Qoldsteyn 3 il öncə Donald Trampın oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında Nyu-Yorkda görüşün təşkil olunmasında mühüm rol oynayıb.




Qeyd edək ki, Emin Ağalarov yanvarın 26-dan etibarən ABŞ və Kanadada konsertləri olmalı idi. İlk konserti yanvarın 26-da Nyu-Yorkda baş tutacaqdı. CNN-nin verdiyi xəbərə görə, E.Ağalarovla xüsusi prokuror Robert Müllerlə razılığa gələ bimədiyindən səfər təxirə salıb. R.Müllerin ofisindən məsələyə aydınlıq gətirməkdən imtina edib. E.Ağalarovun vəkili Skott Balber CNN-ə açıqlamasında deyib ki, Müllerlə aparılan danışıqlar ötən həftənin sonunda dalana dirənib.




"Ağalarovun ABŞ-a səfərinin təxirə salınması barədə qərar yanvarın 21-də verilib. Mən xüsusi prokurorun ofisi və Konqressin komitəsi ilə dialoqun təşkil olunmasına cəhd etdim. Lakin bütün cəhdlərə baxmayaraq, bizim şərtlərimzi əsasında razılaşma əldə olunmadı”, – vəkil S. Balber vurğulayıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə