Mobil versiya
Ərəblərlə azərbaycanlılar arasında kütləvi dava - Xəsarət alan var
Tarix: 18-01-2019 | Saat: 15:27
Bölmə:Cəmiyyət | çapa göndər

Ərəblərlə azərbaycanlılar arasında kütləvi dava - Xəsarət alan var


Almaniyanın Bielefeld şəhərində azərbaycanlılar və Türkiyədən olan türklər ilə ərəblər arasında kütləvi dava olub.

aia.az Report-a istinadən xəbər verir ki, şəhərdə paltar mağazalarınınbirində ərəblərin kobud davranışı mağaza sahibi türkün sərt reaksiyasına səbəb olub.

Onlar arasında qızışan mübahisəni mağazadakı Zamanov Əli adlı azərbaycanlı sakitləşdirmək istəyərkən ərəbin təhqiri ilə üzləşib. Bu zaman azərbaycanlı ərəbə zərbə endirib. Bundan hiddətlənən ərəb onlarla bir qədər sonraya görüş təyin edərək oradan uzaqlaşaraq öz həmyerlilərini götürərək geri qayıdıb. Hadisədən xəbər tutan digər azərbaycanlılar da ora yaxınlaşıb. Nəticədə tərəflər arasında kütləvi dava baş verib. Dava zamanı hər iki tərəfdən yüngül xəsarət alan var. Polis hər iki tərəfi asayişi pozduğu üçün saxlayıb və cərimələyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024