Mobil versiya
SOCAR 2500 neftçini təxliyə etdi - Ən son MƏLUMAT
Tarix: 17-01-2019 | Saat: 12:46
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

SOCAR 2500 neftçini təxliyə etdi - Ən son MƏLUMAT



Hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR bütün təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.



SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, açıq səthlərdə aparılan işlər dayandırılıb:



“Ən pis ehtimallara qarşı sığortalanaraq, həmkarlarımızın təhlükəsizliyini təmin etmək və insan tələfatının qarşısını almaq üçün SOCAR maksimum mümkün olan dərəcədə qabaqlayıcı tədbirlər görüb, istehsalat qəzalarının baş verməməsi üçün zəruri olan növbətçilərdən başqa demək olar ki, bütün işçilərini təxliyə edib”.



SOCAR rəsmisi qeyd edib ki, ümumilikdə əvvəl nəzərdə tutulduğundan daha çox, yəni 2500-ə yaxın əməkdaş sahilə çıxarılıb:



“Platformalarda növbətçilik təşkil olunub, FHN gəmiləri ilə birlikdə növbətçilərimiz vəziyyəti daimi nəzarət altında saxlayırlar. Yaxın günlərdə hava şəraiti normallaşandan sonra bütün işçilər öz iş yerlərinə qayıdacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024