Mobil versiya
Dil xərçəngi nədir? - Əlamətlərini diş ağrısı ilə səhv salırlar və…
Tarix: 16-01-2019 | Saat: 12:06
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Dil xərçəngi nədir? - Əlamətlərini diş ağrısı ilə səhv salırlar və…


Son illərdə sürətlə yayılan xərçəng xəstəliyinin bir çox növləri var. Bu xəstəlik dil də daxil olmaqla, demək olar, bütün orqanlarda baş qaldırır və erkən mərhələdə aşkar olunmazsa, ölümə səbəb olur.

Bəs dil xərçəngi nədir, ən çox kimlərdə rast gəlinir?

aia.az Medicina.az-a istinadən xəbər verir ki, nadir rast gəlinən dil xərçənginə daha çox kişilərdə təsadüf olunur.

Digər növlərə nisbətən qısa zaman ərzində sürətlə yayılır, metastaz verir. Ancaq şiş tez aşkar edilərsə və müalicəsi düzgün aparılarsa, xərçəngin qarşısını almaq mümkündür.

Dil xərçəngində ağrı çox gec meydana çıxır və pasiyentlər bunu adətən, diş və ya damaq ağrısı ilə əlaqələndirirlər. Ağrı hissi əsasən dildə, ağız boşluğunda, qulaq, gicgah və ənsə hissədə miqrasiya edir.

Gec mərhələlərdə ağız suyunun ifrazı çoxalır və ağızdan xoşagəlməz iy gəlir. Dil xərçəngi 5-10% hallarda ağciyər, qaraciyər və baş-beyinə metastaz verir.

Risk faktoruna spirtli içkilər və siqaret daxildir.

Əlamətləri:

Dil üzərində yaralar - dil üzərindəki yaralar dil xərçəginin əsas əlamətidir. Əgər dilinizdə sadə yaralar əmələ gəlibsə və gün keçdikcə sağalmaq yerinə daha da artırsa, o zaman mütləq qulaq-burun-boğaz həkiminə müraciət edin.

Boyunda şiş - xərçəng boyundakı limfa vəzilərinə keçdikdə boyunda şişkinlik yaranır. Boynun eyni bölgəsində həftələrlə çəkilməyən və getdikcə böyüyən şişə diqqət edin. Məhz bu şiş xərçəngin əlaməti ola bilər.

Danışıqda dəyişiklik - dil xərçəngi dilin düzgün hərəkət etməsinə təsir edir. Dilini rahat şəkildə hərəkət etdirə bilməyən xəstələrin danışığında problemlər yarana bilir.

Ağız qoxusu - xərçəngin inkişafı ağız gigiyenasını pozur, bu da pis qoxunun yaranmasına səbəb olur.

Dildə ağrı və qanama - xərçəng dildə əvvəl ağrılarla özünü göstərir daha sonra yaralar qanamağa başlayır. Hətta şiddətli ağrı qulaqlara da təsir edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024