Avtobus dayanacaqları dəyişdirilir – yolun hərəkət buraxmaq qabiliyyəti artıb
Tarix: 15-01-2019 | Saat: 11:20
Bölmə:Karusel / Ölkə | çapa göndər
Bakıda yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerlərinin dəyişdirilməsi işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, bu çərçivədə M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil edilib.
Nəticədə, yolun hərəkəti buraxmaq qabiliyyəti artıb.
Məlumat üçün bildirək ki, svetoforla nizamlanan M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə olmağına baxmayaraq həmin ərazidə avtobus dayanacaq məntəqəsinin mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu.
Həmçinin, Cavadxan küçəsində (Zərifə Əliyeva adına göz klinikasının qarşısında) mövcud avtobus dayanacaq məntəqəsi svetoforla nizamlanan yol kəsişməsində təşkil edildiyindən həmin ərazidə avtobusların dayanması sərnişinlərin təhlükəsizliyini təmin etmədiyindən və hərəkət iştirakçılarına maneə yaratdığından, avtobus dayanacaq məntəqəsi kəsişmədən irəlidə təşkil edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu